Məhkəmə proseslərində Azərbaycan dilindən yüksək səviyyədə, hüquqi-terminoloji dəqiqliklə istifadə olunması ədalət mühakiməsinin keyfiyyətini və şəffaflığını təmin edən əsas amillərdəndir.
Azərbaycan dili — Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Bəxtiyar Vahabzadə kimi nəhəng söz ustalarının yaratdığı zəngin irsin hüquqi və mədəni daşıyıcısıdır.
Dövlət orqanlarının və təsisatların əsas öhdəliyi normativ-hüquqi aktlarda təsbit olunmuş dil normalarının pozulmasına qarşı hüquqi nəzarəti artırmaqdan ibarətdir
Azərbaycan qazının Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırılması və artıq Almaniya bazarına da daxil olması rəsmi Bakının verdiyi vədlərə sadiqliyinin əyani sübutudur.
Berlinin bu prosesdəki rolu xüsusilə təqdirəlayiqdir. Fransa kimi bəzi Avropa dövlətlərindən fərqli olaraq, Almaniya birtərəfli deyil, balanslı və neytral vasitəçilik xətti nümayiş etdirir.
Xarici işlər nazirləri səviyyəsində Berlində keçirilən görüşlər göstərir ki, Almaniya regionda yeni ayırıcı xətlərin çəkilməsində yox, real və dayanıqlı sülhün tapılmasında maraqlıdır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana etdiyi səfərlər və imzalanan sənədlər Aİ-nin Azərbaycana etibarlı tərəfdaş kimi baxdığını təsdiqləyir.
Bakı Berlinə enerji təhlükəsizliyi, Berlin isə Bakıya Avropa məkanında strateji dəstək və texnoloji tərəfdaşlıq vəd edir. Bu ittifaq təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyinin təminatçısıdır.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Milli mətbuatımız əsrlər boyu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin təbliğində mühüm rol oynayıb, yaradıcı insanların cəmiyyətə tanıdılmasına böyük töhfələr verib.