AzerTelecom is a leading wholesale telecommunications operator in Azerbaijan and one of the largest telecom companies in the South Caucasus.
#AzerTelecom
✒"Əkinçi"ni bizə miras qoymuş Həsən bəy Zərdabinin davamçıları olan mətbuat nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edirik! Xalqımızın maariflənməsi və məlumatlandırılması yolunda böyük zəhmətinizə görə sizə təşəkkür edirik!
📢Veb-saytımızı yenilədik! https://t.co/0fc4bt0zcQ ünvanına daxil olaraq şirkətimiz, xidmətlərimiz və şəbəkəmiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Yeni dizayn və interfeys saytımızda səyahətinizi daha rahat edəcək!🥳
AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze Capacity Media tərəfindən hazırlanan 2024-cü il üzrə nüfuzlu "Power 100" siyahısına yenidən daxil edilib!
AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze bu yaxınlarda ABŞ-da keçirilən Beynəlxalq Telekommunikasiya Həftəsi (International Telecoms Week) tədbirində iştirak edib.
May ayının 9-u ölkəmizdə faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.
Döyüş meydanında və arxa cəbhədə göstərdiyimiz qəhrəmanlıqla tarixi Qələbənin ən böyük dəstəkçilərindən biri olmaqdan qürurluyuq.
Faşizm üzərində Qələbə Gününüz mübarək!
AzerTelecom şirkətinin Baş direktoru Ana Nakaşidze 2024-cü ilin 2-3 may tarixlərində Bakıda ilk dəfə təşkil olunmuş Türk Dövlətləri İqtisadi Forumunda çıxış edib.
AzerTelecom 2024-cü ilin 23-24 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində ilk dəfə keçirilən rəqəmsal və telekommunikasiya sektoruna aid Wholesale Telecom Congress (IWTC) tədbirində iştirak edib.
Ölkəmizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik!
Bu mübarək günün sizə sağlamlıq, xoşbəxtlik və bərəkət gətirməsini, tutduğunuz orucun qəbul olmasını diləyirik. Bayramınız mübarək.
#RamazanBayramı
Təbiətin oyanışını, baharın gəlişini bizə xəbər verən Novruz bayramımız mübarək!
Arzu edirik ki, bu bayram özü ilə birlikdə xalqımıza bərəkət, sağlamlıq və xoşbəxtlik gətirsin. 🔥
#NovruzBayramı
Əziz xanımlar,
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə daim gözəl və təravətli qalmağı, işlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirik.
Bayramınız mübarək olsun!🌷
#8Mart
Odlar yurdunda bu gün bahar bayramının ikinci çərşənbəsi qeyd olunur. Tonqallar qalansın, ağırlığımız-uğurluğumuz qoy bu alovda yansın. Od çərşənbəmiz mübarək olsun! 🔥
#OdÇərşənbəsi