Xəzərdəki obyektlərimizin potensialını maksimum istifadə etmək üçün innovativ yanaşmalar tətbiq etməyə davam edirik. ⚙️
Bunun növbəti nümunəsi #AÇG yatağının Dərinsulu Günəşli, Mərkəzi Azəri və Qərbi Çıraq ərazilərində 10 quyuda gəmidən aparılmış stimulasiya əməliyyatlarıdır.
Bu cür əməliyyatlar ənənəvi olaraq qazma qurğusundan istifadə etməklə həyata keçirilir. Bu dəfə isə komandalarımız quyuların turşu ilə stimulasiyasını platformalarımızla yanaşı xidmət göstərən xüsusi təchiz olunmuş gəmi vasitəsilə yerinə yetirib. Bu yanaşma quyuların icra göstəricilərini və dəniz əməliyyatlarımızda səmərəliliyi artırmağa imkan yaradıb. 🚢🌊
Bu əməliyyatların uğurla həyata keçirilməsinə töhfə verən hər kəsə təşəkkür edirik. 👏 #bpAzərbaycan
---
We continue to apply innovative thinking to maximize the potential of the assets we operate in the Caspian. ⚙️
Our recent vessel-based stimulation campaign across 10 wells in the Deepwater Gunashli, Central Azeri and West Chirag areas of the #ACG field is a great example.
Using a specially equipped vessel alongside offshore platforms, our teams successfully carried out acid stimulation treatments that would traditionally require a drilling rig, helping enhance well performance while creating greater flexibility for offshore operations. 🚢🌊
A big thank you to everyone involved in making this campaign a success. 👏 #bpAzerbaijan
#bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin regionda həyata keçirdiyimiz layihələrin gedişatı və gələcək perspektivləri, eləcə də yeni imkanlar və Azərbaycanın qarşıdakı illərdə enerji sektorunda gözlənilən mövqeyi barədə AZƏRTAC-a verdiyi müsahibə ilə tanış olun.📃🎥 #bpAzərbaycan https://t.co/IKhqt3Yq1i
🏗️ Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinə strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və müşahidəsi laboratoriyasını təqdim etdik!
️Yeni laboratoriya:
🔷 ölkədə bina və qurğuların fasiləsiz seysmik monitorinqi üçün nəzərdə tutulmuş ilk obyektdir.
🔷 qabaqcıl monitorinq sistemləri və mühəndislik avadanlıqları ilə təchiz olunub və strateji əhəmiyyətli binaların və qurğuların real vaxt rejimində monitorinqinə imkan yaradır.
🔷 tədris, təlim və elmi tədqiqatların aparılmasına və bu sahədə yüksək bacarıqlı yerli mütəxəssislərin hazırlanmasına dəstək verəcək.
Layihə ölkədə təhsilin inkişafına, eləcə də tədqiqat və innovasiya potensialının artırılmasına bp-nin daha bir əhəmiyyətli töhfəsidir.
👉 Ətraflı: https://t.co/1nRQzi9VNR #bpAzərbaycan #AzMİU
---
🏗️ Today we presented a strategic building and facilities monitoring and observation laboratory to the Azerbaijan University of Architecture and Construction!
The new laboratory is:
🔷 the country's first dedicated facility for the continuous seismic monitoring of buildings and structures.
🔷 equipped with advanced monitoring systems and engineering equipment and enables real-time monitoring of strategically important buildings and structures.
🔷 a platform for teaching, training and applied research, helping develop highly skilled local specialists.
The project marks another important milestone in bp’s ongoing support for education, research and innovation in Azerbaijan.
👉 Learn more: https://t.co/H09lXqM9TA #bpAzerbaijan #AzUAC
✅ Mərkəzi Azəri platformasında həyata keçirdiyimiz Mərkəzi Azəri Qaz Genişləndirilməsi layihəsini təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamladıq.
⚙️Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilib. Bunun nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud quyulardan neftvermənin maksimuma çatdırılmasına kömək edəcək.
🔗 https://t.co/yrSfJasGg7
---
✅ We have completed the Central Azeri Gas Expansion (CAGE) project safely and ahead of schedule.
⚙️The project involved upgrades to the platform's four existing gas injection compressors. As a result, gas reinjection capacity on the Central Azeri platform was increased by 20% helping maximize recovery from existing wells.
🔗 https://t.co/CdcDL7C2QN
⚙️🌊 Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırdıq.
Proqram çərçivəsində bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunub.
Sualtı müdaxilə işləri üzərinə QDYM sistemi inteqrasiya edilmiş #Xankəndi sualtı tikinti gəmisindən icra olunub. Bu, Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdir.
Proqram çərçivəsində yeddi sualtı quyuda müdaxilə əməliyyatları həyata keçirilib. Bu işlər quyuların daha yaxından izlənməsinə, lay təzyiqinin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının müəyyən edilməsinə imkan yaradıb.
Bu, texnologiya, innovasiya və əməkdaşlıq sayəsində AÇG yatağının bundan sonrakı potensialının üzə çıxarılması istiqamətində daha bir mühüm addımdır.
🔗 https://t.co/QUfBbnRJvM #bpAzərbaycan #AÇG #DərsG #QDYM
---
⚙️🌊 We have successfully completed a multi-well subsea intervention campaign in the Deepwater Gunashli area, deploying riserless light well intervention (RLWI) technology for the first time in our operations in the Caspian.
The campaign was carried out from the subsea construction vessel Khankendi, which served as a light well intervention vessel with the RLWI system integrated onto it, another first for the Caspian.
Intervention activities were completed on seven subsea wells, enabling efficient well surveillance and helping identify opportunities to enhance production rate and manage reservoir pressure.
Another example of how technology, innovation and collaboration can help unlock further potential from the ACG field.
🔗 https://t.co/cHJXRFcs3v #bpAzerbaijan #ACG #DWG #RLWI
bp-nin Apstrim üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycanda ikigünlük işgüzar səfərdədir.
Planlaşdırılmış bu səfər çərçivəsində Qordon iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşüb. Görüşlər zamanı bp-nin Azərbaycanda icraçısı olduğu layihələrin gedişatı və şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri müzakirə edilib.
Səfər çərçivəsində Qordon həmçinin İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna qatılıb.
🔗 https://t.co/WTJLRyIvzH #bpAzərbaycan
---
Gordon Birrell, bp’s executive vice president, Upstream, is on a 2-day working visit to Baku.
During this planned visit, Gordon met with Minister of Economy Mikayil Jabbarov and SOCAR President Rovshan Najaf. During the meetings, they discussed the progress of bp-operated projects in Azerbaijan, as well as bp’s global and regional business priorities.
During his visit, Gordon is also attending the Second Azerbaijan International Investment Forum.
🔗 https://t.co/fxrzpFZbDo #bpAzerbaijan
@IntrovertMila Hi there, thank you for reaching out and bringing the issue to our attention. We have escalated this issue to our concerned team and it will be resolved within 7-10 business days. Thanks, bp
Cio Kristofoli, bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti, Böyük Britaniyanın Kral Mühəndislik Akademiyasının üzvü (Fellow) seçilib!
Bu nüfuzlu üzvlük birliyi akademik sahədən, sənayedən və dövlət sektorundan olan aparıcı mühəndis və texnologiya liderlərini bir araya gətirir. Onları birləşdirən məqsəd mühəndisliyin imkanlarından istifadə etməklə cəmiyyətin qarşısında duran ən mühüm problemlərin həllinə töhfə verməkdir.
Cionu bu mühüm nailiyyət münasibətilə təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. 👏👏👏 #bpAzərbaycan
---
We're proud to share that Gio Cristofoli, bp regional president for Caspian, Central Asia and Türkiye, has been elected a Fellow of the Royal Academy of Engineering!
The Fellowship brings together leading engineers and technologists from academia, industry and the public sector, all committed to using engineering to address some of society's most important challenges.
We congratulate Gio on this well-deserved recognition and wish him every success in this new mission.👏👏👏 #bpAzerbaijan #RAEngFellows2026
✅ Bu gün Kürdəmirdə məcburi köçkünlər üçün peşə bacarıqlarının inkişafı layihəsinin uğurla başa çatmasını qeyd etdik.
Tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz bu layihə çərçivəsində 60 məcburi köçkün qadın və gənc dərzilik, aşpazlıq, kompüter sistemləri və şəbəkə proqram təminatı, eləcə də vizaj və bərbərlik sahələri üzrə peşə təlimləri keçib.
Bundan əlavə, seçilmiş 30 iştirakçıya əldə etdikləri bacarıqları davamlı gəlir mənbələrinə çevirməyə kömək edəcək fərdi biznes planlarının hazırlanmasında dəstək göstərilib.
🤝 Təşəbbüs məcburi köçkünlərin dayanıqlı gəlir imkanlarını artırmaqla “Böyük Qayıdış” proqramına dəstək verir.
Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilib. #bpAzərbaycan
---
✅ Today, we marked the successful completion of a vocational skills development project for internally displaced persons (IDPs) in Kurdamir.
Supported by bp and its co-venturers, the project provided 60 #IDP women and young people with vocational training in tailoring, cooking, computer systems and network software, as well as make-up and hairdressing.
In addition, 30 selected participants received support to develop individual business plans to help turn their new skills into sustainable income-generating opportunities.
🤝 The initiative supports Azerbaijan’s ‘Great Return’ programme by helping IDPs build skills for sustainable livelihoods.
The project was implemented by the Economic and Social Development Centre (#CESD). #bpAzerbaijan
Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, bu əlamətdar günü birlikdə qeyd etməkdən məmnunluq duyuruq!
Bu gün biz həm də Neftçilər Gününü bayram edirik!
Bu fürsətdən istifadə edərək bütün həmkarlarımızı və Azərbaycanın enerji sənayesinin inkişafına töhfə verən fədakar neftçiləri səmimi-qəlbdən təbrik edir, onlara uğurlar arzulayırıq! #NeftçilərGünü #bpAzərbaycan
---
On the occasion of State Sovereignty Day, we warmly congratulate the people of Azerbaijan and are pleased to celebrate this significant day together!
Today is also National Oil Workers’ Day!
We take this opportunity to sincerely congratulate our colleagues and all dedicated professionals contributing to the development of Azerbaijan’s energy industry, and wish them continued success! #OilWorkersDay #bpAzerbaijan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə iki əməkdaşımızı yüksək dövlət mükafatları ilə təltif edib!
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə kommunikasiyalar rəhbəri Tamam Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni, bp-nin hasilat üzrə meneceri Nuru Mərdanov isə “Tərəqqi” medalı ilə təltif olunub.
Həmkarlarımızla fəxr edir və möhtərəm cənab Prezidentə bu diqqətə görə təşəkkür edirik! #bpAzərbaycan
---
The President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev, awarded two of our #bp colleagues in recognition of their contributions to the development of Azerbaijan’s oil industry!
Tamam Bayatly, bp’s head of communications for the Caspian, Central Asia and Türkiye region, has been awarded the 3rd degree “Labour” order, while Nuru Mardanov, bp production manager, has been awarded the “Taraggi” medal.
We are proud of our colleagues and grateful to Mr. President for this valuable recognition! #bpAzerbaijan
Tərəfdaşlarımızla birlikdə bu gün bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində yerli mütəxəssislərin hazırlanmasına dəstək məqsədli yeni sosial layihəyə başladıq.
🎓Layihə çərçivəsində 20 yerli mütəxəssis “Təlimçinin Təlimi” proqramı vasitəsilə bu sahələr üzrə müstəqil şəkildə təlim həyata keçirə bilmək üçün bilik və bacarıqlarla təmin olunacaq. Proqram təxminən 50 saatlıq onlayn və səkkiz virtual sessiyadan ibarətdir.
Yerli potensialın artırılmasına və gələcəyin enerji sistemləri üçün tələb olunan bacarıqların inkişafına töhfə verməkdən qürur duyuruq!
🔗 https://t.co/qwTbTKdg9e #bpAzərbaycan
---
Today, together with our co-venturers, we launched a social investment project to help build local expertise in renewable energy and energy efficiency.
🎓 Through the initiative, 20 local specialists will join a ‘Train-the-Trainer' programme, equipping them with the knowledge and skills to independently deliver training in these fields. The programme will include 50 hours of self-paced online learning and eight live virtual training sessions.
We are proud to support the development of local talent and contribute to building the skills needed for the energy systems of the future!
🔗 https://t.co/izxn7EHsF7 #bpAzerbaijan
☀️🌬️💧Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpa olunan enerji laboratoriyası hədiyyə etdik!
Yeni laboratoriya ADNSU-nun bərpa olunan enerji üzrə ikili diplom magistr proqramı çərçivəsində tədris, təlim və tədqiqat fəaliyyətlərini dəstəkləyəcək.
Laboratoriyanın yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.
Təşəbbüs çərçivəsində həmçinin:
⚙️ Laboratoriyanın fəaliyyəti üçün zəruri infrastruktur və avadanlıqların təminatına dəstək verdik.
👩🏫️ ADNSU-nun 45 nəfər akademik heyət üzvü üçün ingilis dili təlimləri və beynəlxalq bilik mübadiləsi imkanları vasitəsilə yerli akademik potensialın gücləndirilməsinə töhfə verdik.
🎓 Qonaq professorların iştirakı və Böyük Britaniyada yay məktəbi proqramına qatılmaq imkanları vasitəsilə ümumilikdə 70 tələbədən ibarət magistr proqramının ilk iki tədris qrupunu dəstəklədik.
🔗 https://t.co/h6GqOIGrIX
---
☀️🌬️💧We are proud to have presented a modern renewable energy laboratory to the Azerbaijan State Oil and Industry University (ASOIU) today!
The new facility will support teaching, learning, and research as part of ASOIU’s dual-degree master's programme in renewable energy.
This milestone marks the successful completion of bp’s $2 million social investment initiative aimed at developing the next generation of national engineers specializing in renewable energy.
As part of the initiative, we have also:
⚙️ Supported the establishment of the infrastructure and equipment needed for the laboratory’s effective operation.
👩🏫 Helped strengthen local academic capabilities through English language training for 45 ASOIU faculty members and international knowledge exchange opportunities.
🎓 Supported 70 students from the programme’s first two cohorts through the participation of visiting professors and opportunities to attend a summer school programme in the UK.
🔗 https://t.co/PwtyB3lakG
🌊Şahdəniz Kompressiya layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq davam edir.
Üst modulların, dayaq blokunun elementlərinin və sualtı konstruksiyaların tikintisi üzrə əldə olunan əhəmiyyətli irəliləyiş #Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi olan bu layihənin uğurla həyata keçirilməsində daha bir addımdır.
👉 Ətraflı: https://t.co/vFY2Qi6ZqS
#bp #bpAzərbaycan #ŞahdənizKompressiyaLayihəsi #ŞDK
---
🌊Construction works for the Shah Deniz Compression project are progressing safely and ahead of schedule.
From topsides and jacket elements to subsea structures, every step brings us closer to delivering the next chapter of Shah Deniz.
👉Learn more: https://t.co/G5C6QsZJAR
#bpAzerbaijan #Shahdeniz #ShahdenizCompressionProject #SDC
⚡#Səngəçal Terminalının Elektrikləşdirilməsi (#STEL) layihəsi təhlükəsiz və qrafikə uyğun davam edir.
✅Layihə artıq əsas tikinti işlərini tamamlayaraq istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçib. Bundan əvvəl isə layihənin növbəti mərhələyə keçməyə hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları uğurla başa çatdırılıb.
STEL layihəsi üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.
👉 Ətraflı: https://t.co/bLz6Jk7YKJ
#bpAzerbaijan #bp
---
⚡The #Sangachal Terminal Electrification (STEL) project continues to progress safely and on schedule.
✅The project has already moved from the main construction phase into commissioning and start-up readiness. This follows the successful completion of key assurance reviews that confirmed readiness to advance to the next stages.
The STEL project will be delivered in two stages - Stage 1 in mid-2027, and Stage 2 by the end of 2028.
👉 Learn more: https://t.co/dLzI0UW0Yi
✅Mərkəzi Azəri platformasının planlaşdırılmış profilaktik işlər proqramı uğurla başa çatdı.
Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub, hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
👉 Ətraflı https://t.co/VfDDe0p827
---
✅We have successfully completed the Central Azeri planned turnaround programme ahead of schedule.
All of the programme scope has been delivered safely. Production is currently being ramped up to its pre-programme level.
👉 More https://t.co/wOTQrC6tBH
#MərkəziAzəri platformasında bu gündən başlayan və 11 gün davam edəcək planlaşdırılmış profilaktik işlər proqramı platformanın uzunmüddətli etibarlılığını, bütövlüyünü və hasilat göstəricilərini dəstəkləmək məqsədi daşıyır.
Bu proqrama vacib bütövlük və texniki xidmət işləri, məşəl sisteminin təkmilləşdirilməsi, etibarlılığın artırılması və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.
Ətraflı: https://t.co/iPkB7xOEhK #bpAzərbaycan
---
The #CentralAzeri planned maintenance (turnaround - #TAR) programme, which starts today and will continue for 11 days, is designed to support the platform's long-term reliability, integrity and production performance.
The programme includes critical integrity and maintenance work, flare system upgrades, reliability improvements and anomaly elimination activities.
More: https://t.co/8FnmxXOUEp #bpAzerbaijan
☀️ Şəfəq günəş layihəsinin icrası sürətlə irəliləyir!
Cəbrayıldakı tikinti sahəsində aprel ayında ilk günəş panelinin quraşdırılması ilə layihə mühüm mərhələyə qədəm qoyub. İlk elektrik avadanlığı daşımaları artıq sahəyə çatdırılıb ki, bu da elektrik quraşdırma fəaliyyətlərinin başlanmasına imkan verir.
Tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir və hazırda layihədə təxminən 420 nəfər çalışır.
👉 Ətraflı məlumat: https://t.co/duKMHGXsWy #bp #bpAzərbaycan
---
☀️Construction of the #Shafag solar project continues to make strong progress!
Following the achievement of a major milestone with the successful installation of the first solar panel in April at the site in Jabrayil, the first batches of electrical equipment have been delivered to site, enabling the commencement of electrical installation activities.
Utilization of local resources has continued to increase, with around 420 people currently working for the project.
👉 Learn more: https://t.co/n2d2HEaJfb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin #bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif etməsi bizim üçün böyük şərəfdir!
Bəxtiyar müəllimlə fəxr edir və möhtərəm cənab Prezidentə bu diqqətə görə təşəkkür edirik!👏 👏 👏 #bpAzərbaycan
---
We are honored that President Ilham Aliyev has awarded Bakhtiyar Aslanbayli OBE, bp vice president for Caspian, Central Azeri and Türkiye region, the ‘Shohrat (the order of Glory)’ order for his special contributions to the development of the oil industry in Azerbaijan!
We are proud of Bakhtiyar muallim and grateful to Mr. President for this valuable recognition! 👏 👏 👏#bpAzerbaijan