1918-ci il 28 May tarixi müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
Xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik!
AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze bu yaxınlarda ABŞ-da keçirilən Beynəlxalq Telekommunikasiya Həftəsi (International Telecoms Week) tədbirində iştirak edib.
10 may ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev daima qəlblərdə yaşayacaqdır!
Dərin hörmət hissi və ehtiramla anırıq!
9 May - Faşizm üzərində Qələbə günü!
Bütün müharibə veteranlarını ürəkdən təbrik edir, onlara cansağlığı diləyir və şücaətlərinə görə onlara təşəkkürümüzü bildiririk!
Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.
AzerTelecom şirkətinin Baş direktoru Ana Nakaşidze 2024-cü ilin 2-3 may tarixlərində Bakıda ilk dəfə təşkil olunmuş Türk Dövlətləri İqtisadi Forumunda çıxış edib.
AzerTelecom 2024-cü ilin 23-24 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində ilk dəfə keçirilən rəqəmsal və telekommunikasiya sektoruna aid Wholesale Telecom Congress (IWTC) tədbirində iştirak edib.
Müqəddəs Ramazanda tutduğunuz orucların, etdiyiniz duaların qəbul olunmasını, niyyətlərinizin tez bir zamanda həyata keçməsini arzu edirik. Bayramınız mübarək!
#RamazanBayramı
Bu baharın gəlişi Vətənin hər qarışında, ətri hər dağında, hər çiçəyində hiss olunur.
Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, baharın üzlərə təbəssüm, ürəklərə bol sevinc gətirməsini diləyirik. 🔥
#NovruzBayramı
Qoy bu yel öz gəlişi ilə yurdumuza daimi sülh və əmin-amanlıq, süfrəmizə isə bol ruzi və bərəkət gətirsin. Yel çərşənbəniz mübarək olsun! 🍃
#YelÇərşənbəsi
Bu gün dünyada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur! 👩🦰
Başımızın tacı olan bütün xanımları 8 Mart münasibətilə ürəkdən təbrik edirik. Üzünüz həmişə gülsün!🌷
#8mart
1992-ci ilin bu günü Xocalıda baş vermiş dəhşətli soyqırımın üzərindən artıq 32 il ötür...
Bəşəriyyət tarixinə qara kölgə salan, yüzlərlə insanın ölümünə, yarıda qalan ömürlərə səbəb olan bu günü heç bir zaman unutma və unutdurma!
#XocalıSoyqırımı
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi səmimi-qəlbdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərində uğurlar arzulayırıq.#GənclərGünü
Qarşıdan gələn yeni ilin hər kəsə sağlamlıq, bol ruzi və uğur gətirməsini diləyir və bütün Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik!
#2024