Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.
Əməkdaşlıq çərçivəsində:
✅müəllim və şagirdlər üçün süni intellekt əsaslı tədris imkanlarının inkişaf etdirilməsi;
✅təhsil işçiləri üçün AI üzrə təlimlərin təşkili;
✅məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların hazırlanması;
✅riyaziyyat, təbiət elmləri və oxu üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyaları ilə təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci Anlaşma Memorandumudur.
Ətraflı: https://t.co/lZhVPk9VxV
@OpenAI
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #OpenAİ
Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib.
Tədbirdə uşaqların və gənclərin rəqəmsal dövrdə təhsil, texnologiya və innovasiyalardan faydalanmaq imkanlarının genişləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Ətraflı: https://t.co/UFtAmzwG2R
#ElmVəTəhsilNazirliyi #EduGovAz
Elm və təhsil naziri Emin Əmrullayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Görünməz memarlıq: uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – beynəlxalq standartların və ortaq məsuliyyətin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.
Tədbirdə uşaqların onlayn təhlükəsizliyi, yaşa uyğun rəqəmsal xidmətlər, texnologiya şirkətlərinin məsuliyyəti, süni intellekt və yeni texnologiyaların uşaqların təhlükəsizliyinə təsiri müzakirə olunub.
Ətraflı: https://t.co/2jqHArxCHX
#ElmVəTəhsilNazirliyi #EduGovAz #BMT
Azərbaycan Respublikası Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi barəsində qərar qəbul edib.
Ətraflı: https://t.co/AhlYuQuanb
20 Sentyabr – Dövlət Suverenliyi Günü
Bu əlamətdar gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, xalqımızın milli birliyini və dövlətçilik iradəsini təcəssüm etdirir.
Dövlət Suverenliyi Günümüz mübarək!🇦🇿
#ElmVəTəhsilNazirliyi#20Sentyabr #DövlətSuverenliyiGünü
18 sentyabr Milli Musiqi Günüdür.
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.
Milli musiqimizi tanımaq, yaşatmaq və gələcək nəsillərə ötürmək milli-mədəni irsimizə bağlılığımızın ifadəsidir.
Milli Musiqi Günümüz mübarək! 🎶
#ElmVəTəhsilNazirliyi #EduGovAz #MilliMusiqiGünü
Sentyabrın 17-də “https://t.co/5tQCy5FwH7” innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib.
Panel müzakirəsində “Azərbaycan Bacarıqlar Akseleratoru”nun həmsədrləri – iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Müzakirələrdə əmək bazarının dəyişən tələbləri, rəqəmsal və yaşıl bacarıqlar, süni intellekt və data, kibertəhlükəsizlik, ömürboyu öyrənmə məsələləri nəzərdən keçirilib.
Festival çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”ın nəticələrinə həsr olunan mükafatlandırma mərasimi də keçirilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da iştirak edib.
Ətraflı: https://t.co/jOtNiD3lQv
#ElmVəTəhsilNazirliyi #EduGovAz #SABAHcity #4SİM #BakuİD
“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, AzTU-nun rektoru Vilayət Vəliyev, TUM-un vitse-prezidenti Dr. Alex Braun və digər qonaqlar iştirak ediblər.
Tələbələrlə tədris prosesi, akademik mühit və gələcək imkanlar barədə fikir mübadiləsi aparılıb, nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsinin və sənaye ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Ətraflı: https://t.co/nCljLEZMdb
#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AliTəhsil
Türkiyə-Azərbaycan Universitetində (TAU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.
Çıxışında nazir müavini Azərbaycan-Türkiyə arasında təhsil və elm sahəsində əməkdaşlığın inkişafından, TAU-nun iki ölkənin aparıcı universitetlərinin təcrübəsini bir araya gətirən mühüm layihə olmasından danışıb.
Ətraflı: https://t.co/5NvQCWegpW
#ElmVəTəhsilNazirliyi #EduGovAz #TAU #BilikGünü
Sentyabrın 15-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şamaxı rayonunda Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Mətin Kərimli müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb kollektivinin qarşısında duran vəzifələrdən, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin və onların müasir dövrün tələblərinə uyğun hazırlanmasının vacibliyindən danışıb.
Ətraflı: https://t.co/EaM4cY1xEK
#ElmVəTəhsilNazirliyi #BilikGünü #YeniTədrisİli
Sentyabrın 15-də Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək ölkədə təhsil infrastrukturunun yenilənməsi və müasir tədris mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Ətraflı: https://t.co/oToYRWDyS4
#ElmVəTəhsilNazirliyi #BilikGünü #YeniTədrisİli
Sentyabrın 15-də Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, müasir təhsilin qarşısında duran çağırışlardan danışıb.
Daha sonra nazir müavini Firudin Qurbanov liseydə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə görüşərək onların fikirlərini dinləyib.
Ətraflı: https://t.co/JP827G9S1p
#ElmVəTəhsilNazirliyi #BilikGünü #YeniTədrisİli
Sentyabrın 15-də Bakı şəhəri Eldar Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra nazir məktəbdə tədris prosesi ilə tanış olub, şagirdlərlə görüşüb. Görüş zamanı onların yeni tədris ili ilə bağlı gözləntiləri, maraqlandıqları sahələr və gələcək planları barədə fikirlərini dinləyib.
Ətraflı: https://t.co/UWY1m7rzbf
#ElmVəTəhsilNazirliyi #BilikGünü #YeniTədrisİli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “https://t.co/5tQCy5FwH7” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
ℹ️ Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.
✅ Layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır.
Ətraflı: https://t.co/ELe6oRPYUq
#PrezidentAz