Yanmışam...
Alovuma hər quru ot sən atmısan,
Hər bir gecə alışmışam, sən şirin yuxu tapmısan.
Axtardığın xoşbəxtliyə və ən sonunda çatmısan?
Çatmısansa denən bilək...
Bəlkə olub görməmişəm
Qalmışam dizlərim üsdə, nə olub bilməmişəm...
Bəlkə dəhşət bir gün olub, ağlamısan...dönməmişəm?
Yarəm, üzüm dönüb səndən sarı,
Haramdı bu haqqın yarı
O yolların hər kənarı
Yosun tutub...Gəlməmişəm?