@ElvinLizad@hdyva97 Salam, kitab satışda yoxdur. Kitab elektron versiyadadir təkcə. Buyurun bu linkdən rahatca yükləyib oxuya bilərsiz 👇 https://t.co/efmc7hQhou
(Var)
Gözlərində, ay nuru var.
Unudaq gəl, qaranlığı.
Payız, sonra qar nuru var.
Yaşayaq biz aydınlığı.
Nəfəs kimi doğru söz var.
Ömrümüzün sınağında.
Bir əl kimi möhkəm iz var.
Qəlbimizin çırağında.
Eşqin əmanəti qəlbindir yalnız.
Çıxmaz nə dil ilə, nə qorxu ilə.
Onu itirənlər dünyada yalqız.
Qalar nəfəsinin fəraqı ilə.
Çəkilməz üstünü alan buludlar.
Küləyin peymanı yağışda sirrdir.
Quruyan torpağa yazar yağışlar.
Yaşam bir üfüqdür, günəşi sirrdir.
Müəllif : Ali Ahlas
"Xaricdə keçirilən hekayə yarışmasına qatılan dörd dost, birlikdə yazıqları dəhşətli hekayənin qurbanlarına çevrilirlər və gözlənilməz bir anda qazanılan məşhurluq, onlara xoşbəxtlik gətirmək əvəzinə bədbəxtlik gətirir." (Güvənilməz yuva) Yaradıcılığımda ikinci povestdir.
Məni hekayələrdən tanıyanlara şad xəbər. :) Gələn ilə yeni və ilk olacaq bir povestlə qədəm qoyuram.
Duyğusal və olduqca sirli bir povest.
Oxumaq üçün isə rəydə " Oxuyacam " yazaraq növbə əldə edin.
✔ Qeyd: Povest elektron versiyada və tamamilə pulsuz olacaq.
Təsadüfsüz təsəvvür kitabından dördüncü hekayəni sizlərə təqdim edirəm. (Məsxərəyə mübtəla) adlı hekayə yenə sizlərin düşüncələrə baş vurmağınıza səbəb olacaq.
Oxumaq üçün link - https://t.co/qlVmM2J5FM
(Bir hissin malikanəsi) Hekayəsini sizlərə təqdim edirəm. (Bəzi səbəblərə görə vaxtından əvvəl paylaşıram) Daha sonra hekayə haqqında fikirlərinizi rəy bölməsində bölüşməyi unutmayın. Xoş oxumalar diləyirəm.
Oxumaq üçün link 👇
https://t.co/YHcT7c2JOW
Təsadüfsüz təsəvvür kitabından ilk (Kağıza yazılan insan) Hekayəsini oxuculara təqdim edirəm.🙂 Xoş oxumalar diləyirəm. Daha sonra hekayə haqqında fikirlərinizi bölüşməyi unutmayın. ✌️Oxumaq üçün link 👇
https://t.co/0tsR0wH9am
(Yuxu emalatxanası) Adlı hekayələr toplusu. Bu günə kimi yazdığım bütün hekayələrimi elektron versiyada (E - KiTAB) olaraq sizlərə təqdim edirəm. Kitab hazırdır. Oxumaq istəyənlər varsa rəy yazaraq kitabı əldə edə bilər.
Qeyd : Kitaba 12 hekayə daxildir.