🇦🇿Azərbaycanın Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov Optimist dünya çempionatında iştirak edən komandamızı ziyarət edib
#ASİNF#suidmanı#watersports#sailing#yelkən @khazarsailingclub @badamli1947
Yelkən idmanı üzrə dünya çempionatı həyəcanı başladı⛵️
Azərbaycan Su İdman Növləri Federasiyası 🇲🇦 Mərakeşin Tanjir şəhərində keçirilən Optimist Dünya Çempionatında 5 idmançı ilə iştirak edir.
İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə birincilik uğrunda yarışıblar.🏆
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
#ASİNF#avarçəkmə#kanoe#azesport#kayak
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil edilib🚣🏻
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 18-də açıq Bakı birinciliyi keçirilib.
Birincilikdə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.🥇
Yarışlar üç yaş kateqoriyası üzrə (2008–2009, 2010–2011, 2012–2013) oğlan və qızlar arasında keçirilib.
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək🚣🏻
İyunun 18-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə 🇦🇿Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi təşkil olunacaq.
Bütün növlərdə məsafə 500 metr olacaq.🛶
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, açıq Bakı birinciliyinin keçirilməsinin əsas məqsədlərindən biri idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.
İyunun 18–28-də Mərakeşin Tanjer şəhərində keçiriləcək Optimist sinfi üzrə dünya çempionatında iştirak edəcək komandamız yola düşüb. Azərbaycan Su İdman Növləri Federasiyası yarışda 5 idmançı ilə təmsil olunacaq.⛵️