Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkını ziyarət ediblər
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Agentliyin rəhbərliyi, struktur bölmələrin rəisləri və digər hərbi qulluqçular Zəfər Parkını ziyarət edərək Zəfər abidəsi önünə gül dəstələri qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramlarını ifadə ediblər
#SOMDA #qarabagazerbaycandir #8noyabr #zefergunu
SOMDA-da hərbi qulluqçuların növbəti ilkin hazırlıq kursu başa çatıb
15 sentyabr – 14 oktyabr tarixlərində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçular üçün təşkil olunan növbəti ilkin hazırlıq kursu başa çatıb. Kursun əsas məqsədi hərbi qulluqçuları Agentliyin fəaliyyət istiqamətləri, strateji obyektlərin mühafizəsinin təşkili və xidməti fəaliyyətin xüsusiyyətləri ilə tanış etmək, bu sahədə onların müvafiq bilik və praktiki bacarıqlarını formalaşdırmaq olub. Tədris müddətində silahların taktiki-texniki xüsusiyyətləri, silah və döyüş sursatları ilə davranış qaydaları, fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi, xidməti fəaliyyətin müxtəlif istiqamətləri üzrə təhlükəsizlik qaydaları, eləcə də fiziki hazırlıq mövzularında nəzəri və praktiki məşğələlər keçirilib.
Təlim prosesi ərzində hərbi qulluqçuların Agentliyin fəaliyyət istiqamətləri üzrə məlumatlılığı artırılmaqla, onlara xidməti fəaliyyət zamanı zəruri bilik və bacarıqlar aşılanıb, nəzəri bilikləri praktiki məşğələlər vasitəsilə möhkəmləndirilərək, xidməti tapşırıqların icrası üçün ilkin vərdişlərə yiyələnmələri təmin olunub.
Kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
#Azerbaijan #SOMDA #Telim #Kurs #Ilkinhazirliq
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində çoxnövçülük üzrə idman yarışları təşkil olunmuşdur
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuların fiziki dözümlüyünün, çevikliyinin və gücünün artırılması, psixoloji dayanıqlıq, komanda ruhunun və kollektiv fəaliyyət bacarıqlarının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə Agentliyin regional idarələrində təşkil olunan idman yarışlarında ümumilikdə 216 nəfər hərbi qulluqçu iştirak edib. Yarışlar çərçivəsində iştirakçılar 100 və 1000 metr məsafələrə qaçış, turnikdə dartınma, paralel qollarda hərəkətlər və maneələr zolağının dəf edilməsi üzrə öz fiziki hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarışlarda uğur qazanmış hərbi qulluqçulara diplom və medallar təqdim olunub.
#Azərbaycan #SOMDA #Komandayarışı #Yarış
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Anım Günü il�� bağlı tədbirlər keçirilib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Anım Gününə həsr olunmuş tədbirlər keçirilib.
Agentliyin Aparatında keçirilmiş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində Agentlik rəisinin müavini, polkovnik F.İmrəliyev “Müzəffər tarixin başlanğıc günü” mövzusunda çıxış edib. Daha sonra “Şuşa, Sən Azadsan!” sənədli filmi nümayiş olunub.
Həmçinin Agentliyin regional idarələrinin hərbi qulluqçuları tərəfindən rayon və şəhərlərdə yerləşən Şəhidlər xiyabanları və şəhidlərin xatirə kompleksləri ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Regional idarələrin akt zallarında şəxsi heyət qarşısında Anım Gününə həsr olunmuş çıxışlar keçirilib.
#SOMDA #QarabağAzərbaycandır #Anımgünü #Şəhidlərölməz #ZəfərMüharibəsi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Zəfər Parkını ziyarət ediblər
27 sentyabr – Anım Günü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Agentliyin rəhbərliyi, struktur bölmələrin rəisləri və digər hərbi qulluqçular Zəfər Parkını ziyarət edərək Zəfər abidəsi önünə gül dəstələri qoyub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiramlarını ifadə ediblər.
#Azərbaycan #Anımgunu #QarabagAzerbaycandir #Agentlik #Vetenmuharibesi