“Azərpoçt”un “Özümüzə deyin” rubrikası bölgələrdə davam edir.
Tovuz səfəri bizə sazın sehrini, sözün ruhunu və bölgənin özünəməxsus ab-havasını hiss etdirir.
Gəlin, Tovuz buraxılışını birlikdə izləyək!
#azərpoçt#özümüzədeyin#tovuz
AZCON Holding-in icraçı direktoru Şahin Babayev: “AzInTelecom”, “Aztelekom” və “Azərpoçt” şirkətləri arasında vahid bir ekosistemin yaradılması üzərində çalışırıq”.
#azərpoçt#AZCON
Nəzərinizə çatdırırıq ki, 1 iyun 2026-cı il tarixindən etibarən https://t.co/Y2Ywz28yqj portalı və Smart Customs mobil tətbiqində elektron ticarət bəyannamələrinin təsdiqi qaydalarında dəyişiklik edilib.
Ətraflı: https://t.co/Bv0YmxrZLN
#azərpoçt#postcargo
Bəzən ən böyük sevgilər ən sadə sətirlərdə gizlənir. Uşaq saflığı dünyaya heç bir qərəz olmadan, sadəcə sevgi ilə baxa bilməkdir.
Dünyanı gözəlləşdirən bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirik! 🤍
#Azərpoçt
1818-ci ildə başlayan bu hekayəni bu gün də eyni məsuliyyətlə davam etdirən, hər gün yüzlərlə ünvana sevinc və etibar daşıyan bütün əməkdaşlarımıza təşəkkür edirik!
Azərbaycan poçtunun 208 yaşı mübarək! 💛
#Azərpoçt
Müstəqillik sadəcə tariximiz deyil, bu gün atdığımız hər azad addımdır. Bu müqəddəs irsi qürurla yaşadır və gələcəyə daşıyırıq.
28 May Müstəqillik Günümüz mübarək!
#Azərpoçt
17–22 may tarixlərində Bakıda baş tutan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında “Azərpoçt” öz stendi ilə tədbir iştirakçılarını qarşılayıb.
Stenddə təqdim olunan poçt markaları və filateliya məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
#azərpoçt
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Azərpoçt”un stendini ziyarət edən xarici qonaqlar nümayiş olunan poçt markaları və filateliya məhsulları ilə tanış olub, maraqlı fikirlərini bölüşüblər.
Gəlin, onların səmimi təəssüratlarına birlikdə nəzər salaq.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Azərpoçt”un stendini ziyarət edən xarici qonaqlar nümayiş olunan poçt markaları və filateliya məhsulları ilə tanış olub, maraqlı fikirlərini bölüşüblər.
Gəlin, onların səmimi təəssüratlarına birlikdə nəzər salaq.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Azərpoçt”un stendini ziyarət edən xarici qonaqlar nümayiş olunan poçt markaları,filateliya məhsulları ilə yaxından tanış olub,maraqlı fikirlərini bölüşüblər.
Gəlin,onların səmimi təəssüratlarına birlikdə nəzər salaq.
"Azərpoçt”un Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakı AZƏRTAC-ın diqqət mərkəzində olub.
AZƏRTAC tərəfindən hazırlanan reportajı təqdim edirik.
#azərpoçt#wuf13#müsahibə
WUF13-də son gün! 🌍✉️
Sevdiklərinizə salam çatdırmaq məqsədilə stendimizə yaxınlaşdığınız üçün sizə təşəkkür edirik.
Qoy Bakıdan gedən poçt kartı qəlbinizin sevgisini və şəhərimizin enerjisini özü ilə aparsın.
#azərpoçt#wuf13#poçtmarkaları
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Urban Expo” sərgisində iştirak ediblər
https://t.co/sD5sBXxhrV
Sizi “Azərpoçt”un stendində görməkdən məmnun olarıq ✉️
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) təqdim olunan xüsusi poçt kartları ilə Azərbaycan memarlığını, mədəniyyətini və şəhər ruhunu yaxından kəşf edin.
#azərpoçt#wuf13#poçtkartları
Sizi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) təmsil olunan “Azərpoçt”un stendinə ziyarətdən, infosessiyadan və tədbirdən maraqlı anları izləməyə dəvət edirik.
#azərpoçt#wuf13
WUF13-də“Azərpoçt” MMC-yə məxsus stendimiz ziyarətçilərin xidmətindədir!
Stendə yaxınlaşan şəxslərə “Azərpoçt”un innovativ xidmətləri, eləcə də şəhərsalma mövzulu poçt markaları haqqında məlumat verilir, marka almaq və məktub göndərmək istəyən şəxslərə dəstək göstərilir.