Mən min il əvvəl də gələ bilərdim
Min ildən sonra da ölə bilərdim
Zamanı başqa cür hesablayardım
Vaxtı başqa cür bölə bilərdim
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Zəlimxan Yaqub
Səssiz ölmək istəyirəm,
Səsim gəlsə bağışla,
Sənsiz ölmək istəyirəm,
Səndə ölsəm bağışla,
Ramiz Rövşən
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
Ramiz Rövşən
✨Sən elə bir vaxtda rast gəldin mənə,
✨Özüm öz halıma gülmək istədim,
✨Sən elə bir vaxtda rast gəldin mənə,
✨Təzədən dünyaya gəlmək istədim,
Cabir Novruz
Nəriman Həsənzadə sevgini belə ifadə edir
Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır, dar yollarında,
Demədim axırda bir daş olasan,
Qədim qəbristanda, yol kənarında.
Şair də gözəl deyir,
Mən ki, inanmazdım təsadüflərə,
Səninlə dəyişdim bax birdən-birə,
Götürüb qələmi yazdım hər yerə,
Sən mənim ən gözəl təsadüfümsən✨
Səbinə Xosiyeva deyir ki,
Axı kişilər də keçib xəlvətə,
Gözdən ovuc-ovuc yaş tökə bilir,
Fikirdən, əzabdan itmiş başına,
Özü öz əliylə daş tökə bilir....
Tez coşmaq ürəyi taqətdən salar,
Tez susmaq qocaldar, saça dən salar,
Söz var ki, insanı döndərər dağa,
Söz də var, yüzillik hörmətdən salar,
Xəlil Rza Ulutürk
"Oğlunu tərbiyə edə bilməyən qadın, oğlu adam edəcək qız axtarır. Bir qadının başqa bir qadına etdiyi zülm də elə burdan başlayır..."
Gülseren Budayıcıoğlu
Nüsrət Kəsəmənli dediyi kimi,
Gözlədim, göylərdən alma düşmədi,
Daha nağıllara inanmıram mən!..
Bizi yuxulara verdi nağıllar,
Daha nağıllara inanmıram mən,