"Yüksəliş" müsabiqəsinin yarımfinalçıları bəlli oldu.
343 iştirakçı əyani mərhələni uğurla tamamlayaraq yarımfinalda iştirak hüququ qazandı. İştirakçılar şəxsi kabinetə daxil olaraq əyani mərhələnin nəticələri ilə ətraflı tanış ola bilərlər.
Yüksəliş sizinlə davam edir!
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatdı.
İmtahanın nəticələri növbəti həftə şəxsi kabinetə yerləşdiriləcək.
İmtahanda iştirak edən hər kəsə təşəkkür edirik.
İmtahan təəssüratlarınızı bizimlə bölüşməyi unutmayın!
Yüksəliş sizinlə davam edir!
#Yüksəliş2023
Birinci "Yüksəliş" müsabiqəsinin finalçısı Əkbər Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Finalçımızı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!
#Yüksəliş2022
“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması” bəndinə insan kapitalının inkişafı istiqamətində “Yüksəliş” müsabiqəsindən istifadə ilə bağlı qeyd daxil edilib.
Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçiriləcək. İmtahanla bağlı qaydalarla şəxsi elektron kabinetinizə göndərilən təlimatda daha ətraflı tanış ola bilərsiniz.
#Yüksəliş2022#YüksəlişMüsabiqəsi#YüksəlişSizinləDavamEdir
“Yüksəliş” müsabiqəsində qeydiyyatdan keçmiş iştirakçılar şəxsi kabinetə daxil olaraq onlayn mərhələ üzrə sınaq imtahanının sessiya tarixi ilə tanış ola bilər, eləcə də imtahanla bağlı bütün məlumatları şəxsi elektron kabinetlərinə gələn bildiriş vasitəsi ilə əldə edə bilərlər.
Onlayn mərhələnin ilk sınaq imtahanına 1 gün qaldı!
Onlayn mərhələnin ümumi biliklər üzrə imtahanından öncə şəxsi kabinetdə yerləşdirilən təlimatla tanış olmağınızı xahiş edirik.
Qeydiyyatdan keçdiyiniz e-mail ünvanınızı və şifrənizi xatırladığınızdan əmin olun.
Bu gün “İctimai Radio”nun yaranmasından 16 il ötür. Fəaliyyətimizdə daim bizə dəstək olan “İctimai Radio”nun (90 FM) bütün əməkdaşlarını təbrik edir, işlərində nailiyyətlər arzulayırıq.
Ümummilli lider Heydər Əliyevin anım günüdür.Ulu Öndər xalqımızın yaddaşına,tariximizə müstəqilliyimizin təminatçısı,xilaskarı kimi həkk oldu.Güclü dövlətçilik ənənələrinin uğurla davam etdirilməsi,ölkəmizin inkişafının təməlinin qoyulması məhz müdrik siyasətin nəticəsidir
Bu gün Beynəlxalq Əlillər Günüdür. Əzmkarlıqları ilə uğurlu olmaq üçün əngəl tanımayan hər kəsi təbrik edirik.
Birlikdə əngəlləri qaldıraraq yüksələcəyik!
Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.