1918-ci ilin 28 mayı elə bir istiqlaldır ki, milli şüurun və milli mənəviyyatın vəhdətini yaratdı,
milli varlığımızın heç vaxt pozulmayacaq alınyazısına çevrildi və bu günə gəlib çatdı.
Xalqımızı bu şanlı gün münasibəti ilə təbrik edirik!..
İSTİQLAL BAYRAMIMIZ MÜBARƏK!..
“Sənsən Azadlıq eşqim, sənsən Hürr – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm.
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı, –
Azərbaycan bayrağı!
Azərbaycan bayrağ��!”
Ramiz Qusarçaylı. “Azərbaycan bayrağı”. “Füyuzat” jurnalı, №5 (103)
TARİX VƏ HƏQİQƏTLƏR
Məmmədəli Babaşlı. “Çar Rusiyasının Azərbaycanı ilhaqından sonra yeritdiyi milli ayrı-seçkilik siyasətinin mahiyyəti və nəticələri”. “Füyuzat” jurnalı, №5 (103).
“FÜYUZAT” – 10 İL
“Klassik “Füyuzat”ın ideyaları, arzuları, ruhu yeni “Füyuzat”da yaşayır, davam edir. Müasir “Füyuzat”ın kökləri, qaynaqları Əli bəy Hüseynzadənin ideyalarından, ruhu isə klassik “Füyuzat”dan gəlir...”
Sabir Gəncəli. “Füyuzat”ın yüzüncü sayı”. №5 (103).
Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, ���Füyuzat” jurnalının banisi və ilk baş redaktoru böyük mütəfəkkir Əli bəy Hüseynzadənin son yadigarı olan qızı Feyzavər Alpsar Turan 101 yaşında Türkiyədə vəfat etmişdir. “Füyuzat” kollektivi olaraq bu itkini rəhmətlə anırıq.
ŞEİR
Faciə qurbanlarının dilindən qələmə alınan bu “səsləniş” Ədalət Bədirxanoğlunun “Dondum, heykələ döndüm bir ana qucağında” şeirinin hər bəndində eyni ağrı ilə xatırlanır.
Ədalət Bədirxanoğlu “Dondum, heykələ döndüm bir ana qucağında”. “Füyuzat” jurnalı, №1 (111)