Çətinliklərə baxmayaraq bütün dünyanın qarşısında dimdik duraraq haqqını tələb etməkdir. Dayanmaq bilmədən əzmlə gələcəyini inşa etməkdir. Keçmişinə, gələcəyinə, mədəniyyətinə və bayrağına sahib çıxmaqdır. İllərdir ki, ilk günkü həyəcanı nəsillərdən-nəsillərə ötürə bilməkdir.
🇦🇿 Bir millətin oyanması ilə Tiflisdən Bakıya azadlıq alovu yayıldı.
Video Hədəf STEAM Liseyi Tarix klubu tərəfindən hazırlanıb.
🇦🇿 #Azerbaijan#Baku#IndependenceDay#28May
Bütün dünyaya "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir" sözləri ilə müraciət edərək Azərbaycanın müstəqilliyini elan edən dahi siyasətçini dərin h��rmət və sevgi ilə yad edirik.
Şanlı tariximizdə qanla yazılan bir səhifə. 20 yanvar, 1990-cı il. Qara Yanvar gecəsindən 32 il ötür.
Milli mübarizə yolunda canından keçən şəhidlərimizi dərin hüzn və ehtiramla yad edirik.
#blackjanuary#qarayanvar#20yanvar
Nəsimi filialı, 6-cı sinifdə diferensiallaşdırılmış dərs modeli.
Bu model bizim ən əsas məqsədimizi reallaşdırmağa kömək edir: sinifdə bütün şagirdlərə fərdi yanaşma və hər birinin bacarıqlarını inkişaf etdirməyə imkan yaratmaq.
#hedefliseyi#hedef#informatika#diferensial
🤝 Qeyd edək ki, 27 noyabr tarixində keçirilən xeyriyyə aksiyasından toplanan bütün vəsait "Ümid yeri" uşaq sığınacaq evinə lazımi ərzaq, geyim və digər əşyaların alınmasına sərf olundu.
💫 Qurtuluş filialının müəllim və valideynlərindən ibarət qrup “Ümid yeri” uşaq sığınacaq evini ziyarət etdi.
🥳 Sığınacağın sakinlərindən 11 yaşlı Fidan hamını 31 dekabrda doğum gününə dəvət etdi.
Filialın icraçı direktoru Cahid Hüseynov doğum günü üçün hansı hədiyyəni istədiyini soruşduqda isə balaca dostumuz “Sizin gəlişiniz mənim üçün ən böyük hədiyyə olacaq” -dedi
Bu həftə şagirdlərimiz "bizdə liderlik", "əsl lider kimdir?" mövzuları ətrafında müzakirələr aparacaqlar. Həftə ərzində ailə layihəsini yerinə yetirəcəklər.
#hedefliseyi#deyerlerheftesi#liderlik#heftenindeyeri
✨ Microsoft şirkətinin qurucusu Bill Qeyts deyir ki, gələcək əsr güclü liderlərin yox, gücləndirən liderlərin əsri olacaqdır. Hədəf liseyinin də tədris proqramında bu məsələ xüsusi yer tutur.
Hər il Bilgə seçkilərinin keçirilməsi şagirdlərdə, sağlam rəqabət, məqsədlilik, demokratiya və humanizmin təbliğinin bir hissəsidir. Çünki əsl lider bu xüsusiyyətlərə sahib olmalıdır.
Hədəf Konseptinə əsasən, bu həftənin dəyəri liderlikdir.
Nəsimi filialı 4-cü sinif. Informatika dərsi.
Dünyanı kəşf etməyə başlayandan uşaqlar oyuncaqlarını sındırıb içində nə olduğunu öyrənməyə çalışır. Görəsən bu necə işləyir? Balabilgələrimiz də kompüterin necə işlədiyini öyrənmək üçün ana platanı sökdülər⛏
Öyrəndilər ki, hər bir mürəkkəb obyekt kimi, kompüter də çoxlu hissədən– monitor, klaviatura, siçan və başqa qurğulardan ibarətdir. Kompüteri təşkil edən bütün qurğulara kompüterin aparat təminatı deyilir.
Kompüterlərdən istifadə etmək üçün bu sahədə mütəxəssis olmaq vacib deyil
"Azadlıq", "Suverenlik" nidaları yüksəldi, ilk dəfə üç rəngli Azərbaycan bayrağı qaldırıldı, məğzi Azərbaycana qarşı təcavüzkar siyasətin dayandırılması olan 5 əsas tələb irəli sürüldü və tələblər yerinə yetirilməsincə heç kəs evinə qayıtmayacaqdı...
#17noyabr#MilliDirçəlişGünü
🇦🇿 17 noyabr Milli Dirçəliş Günüdür.
1988-ci ildə bədnam qonşularımızın təcavüzkar siyasəti açıq şəkildə özünü göstərməyə başlamışdı. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qopardılması üçün SSRI hakimiyyətinə müraciətlər edildi,
1154 nəfər yaralandı və nəhayət Şuşa yaxınlığında yerləşən tarixi Topxana məşələri işğalçılar tərəfindən qırılmağa başlandı.
Baş verənlərə etiraz edən Azərbaycan Xalqı öz haqq səsini duyurmaq üçün meydanlara axışdı. 17 noyabrda başlayan bu axın dekabrın 5-nə qədər davam etdi.