Orkhan Rustamzade ilə ortaq dostlarımız çoxdu, özü ilə də tanışıq, yəni bir birimizi real həyatda 10 ildən çoxdu tanıyırıq. 4 aydı evlidi və yoldaşında Xərçəng aşkar olunub. Özünüz bilirsiniz real tanımadığım adamları heç vaxt paylaşmıram. İndi Orxana və Yoldaşına maddi kömək lazımdı. Kimin imkanı nəyə çatır 1-10-15 fərq etmir, aşağıdakı kartlara yardım yollasın.
Güc birlikdədir!
Evliliyimizin 4-cü ayında həyatımızın bəlkə də ən çətin sınağı ilə qarşı-qarşıya qaldıq. Trombozla başlayan simptomlardan sonra Gülnarın pankreas və öd kisəsi xərçəngi olduğunu öyrəndik. Qanda laxtalanma ilə yanaşı, xronik anemiya ilə də mübarizə aparırıq. Düzənli qan verilir.
Gənc olmaq gözəldir, amma yatdığın xəstəxanın ən gənci olmaq elə dəhşətlidir ki… 33 yaşında ömrümüzün baharını qışa çevirməyə çalışan bu hüceyrədən zərrə qədər çəkinmirik. Avqust ayından bəri necə savaşmaya başlamışıqsa eyni templə də davam edirik. Nədən qorxursansa ona çevrilirsən deyirlər. Biz isə qorxmuruq, üzümüzdəki gülüşün hər cür xəstəliyin öhdəsindən gələcəyinə inanırıq.
Hazırda kimyaterapiya mərhələsindəyik. Geniş genetik analizdən sonra ağıllı iynə və immunoterapiyaya başlamalıyıq. Müalicəyə Türkiyənin Ankara şəhərində, Cebeci xəstəxanasında davam edirik. Xarici vətəndaş olduğumuz üçün müayinə və müalicə xərcləri büdcəmizi aşmağa başlayıb. Kapsamlı genetik analiz, ağıllı iynə, immun terapiya kifayət qədər bahalı prosedurlardı. Bura qədər yaxın çevrənin və ailənin dəstəyi ilə gəlmişik. Bu prosedurların yüksək xərcləri bizi çətin vəziyyətə salsa da, güvəndiyimiz bir şey var: birlikdə hər şeyin öhdəsindən gələ bilərik.
Bu yol təkcə bir müalicə deyil, həm də ümid, sevgi və həmrəylik yoludur. Biz bu mübarizədə tək deyilik – siz də bizim mübarizənin bir parçası ola bilərsiniz. Həyatımıza sevgi ilə toxunun, Gülnarın gülüşünü qorumağımızda sizin də payınız olsun. Postu paylaşmağı unutmayın 🙂
Dəstəyiniz hər birimiz üçün yeni bir günəş olacaq! Bizimlə bu mübarizənin bir parçası olduğunuz üçün sonsuz təşəkkür edirik.
Kart və bank məlumatları:
Azərbaycan: Leobank: 4098 5844 6557 9652 / Gülnar Xıdırova
Gürcüstan: BOG: GE68BG0000000592342017 /Gulnar Khidirova
Türkiyə: Ziraat Bankası: TR78 0001 0012 3986 7608 8650 01 /Orkhan Rustamzade