@JeyhunMV Əgər məqsəd təhsili yaxşılaşdırmaqdırsa, dərs saatlarını artırmaq yox, müəllimin ixtisasını, nüfuzunu və iş şəraitini yaxşılaşdırmaq lazımdır. Müəllimi yükləməklə inkişaf edilmir — müəllimə dəyər verməklə inkişaf edilir.
@JeyhunMV Müəllimliyi digər peşələrlə eyni ölçü vahidi ilə qiymətləndirmək doğru deyil. Müəllimlikdə nəticə “neçə saat işlədin?” sualı ilə yox, “neçə insanı formalaşdırdın?” sualı ilə ölçülür. Bu islahat isə müəllimə hörmət deyil, onun dəyərini azaltmaq, adını ucuzlaşdırmaq deməkdir.