1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində çap etdirdiyi ilk sətirlərdən bu gün Qarabağda keçirilən beynəlxalq forumların işıqlandırılmasına qədər Azərbaycan jurnalistikasının missiyası dəyişməzdir – cəmiyyətin səsi olmaq və dövrün nəbzini tutmaq.
Texnologiyalar, formatlar və informasiyanın yayılma sürəti dəyişir. Lakin məsuliyyət, peşəkarlıq və fədakarlıq jurnalistikanın əsasını təşkil edən dəyişməz dəyərlər olaraq qalır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, tükənməz ilham və peşə fəaliyyətlərində yeni uğurlar arzulayıram.
#MilliMətbuatGünü
———
From the first lines published by Hasan bey Zardabi in Əkinçi, the first Azerbaijani-language newspaper, in 1875, to today’s coverage of international forums held in Garabagh, the mission of Azerbaijani journalism has remained unchanged – to be the voice of society and capture the pulse of the times.
Technologies, formats, and the speed at which information is shared continue to evolve. Yet responsibility, professionalism, and dedication remain the enduring values at the heart of journalism.
On the occasion of National Press Day, I extend my heartfelt congratulations to all journalists and media professionals, with wishes for good health, continued inspiration, and every professional success.
#NationalPressDay
🚨A DECADE OF REPORTING ON SDG LOCALIZATION!
📌Discover the key role of #LRGs in advancing #SDG 6, 7, 9, 11 & 17!
💡A must-read for those working on housing, mobility, water, energy, culture and urban governance.
📥
https://t.co/aNSt1wnZRD
#HLPF2026#Listen2Cities
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin (@_anar_guliyev) Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 15-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax (@AnacludiaRossb1) ilə görüşü keçirilib.
Görüşdə cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) əldə olunan razılaşmaların davam etdirilməsi və Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın növbəti mərhələsi müzakirə olunub.
Bildirilib ki, Forum tarixinin ən genişmiqyaslı tədbiri olan WUF13 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirib və Azərbaycanın təşəbbüsü ilə bir sıra mühüm yeniliklərlə yadda qalıb. Xüsusilə, ilk dəfə təşkil olunan Liderlər Seqmenti dayanıqlı urbanizasiya məsələlərinin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsinə imkan yaradıb.
Tərəflər qeyd ediblər ki, WUF13 çərçivəsində qəbul olunan “Bakı Fəaliyyətə Çağırış”, “Sədrin Xülasəsi”, “Bakı Şəhərsalma Mükafatı” və yeni əməkdaşlıq platformaları gələcək tərəfdaşlıq üçün mühüm əsas yaradıb. Bu baxımdan, əldə olunmuş razılaşmaların icrası və birgə təşəbbüslərin növbəti mərhələsi üzrə fikir mübadiləsi aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsində parklanmaya dair yeni tələblər təsdiqləyib
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi və tikintisi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair məcburi minimum tələbləri təsdiq edib. Sənəd yaşayış, inzibati, təhsil, səhiyyə, ticarət, mehmanxana, idman, mədəniyyət, istehsalat və digər təyinatlı obyektlərin layihələndirilməsi zamanı onların parklanma yerləri ilə təmin olunmasına dair vahid normativ yanaşmanı müəyyən edir.
Qərara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı bir parklanma yeri, ümumi sahəsi 180 m² və daha çox olan mənzillər üçün isə 1,3 parklanma yerinin nəzərdə tutulması tələb olunur. Eyni zamanda, parklanma yerlərinin ümumi sayının ən azı 50 % yeraltı parkinqlərdə yerləşdirilməlidir ki, bu da yerüstü parklanma sahələrinin azalmasına, ictimai məkanların keyfiyyətinin yüksəldilməsinə və daha komfortlu şəhər mühitinin formalaşdırılmasına xidmət edir.
Bununla yanaşı, qərarda şəhər mobilliyinin müasir prinsipləri də nəzərə alınıb. Metro, tramvay, şəhərətrafı dəmiryolu stansiyalarının, eləcə də nəqliyyat mübadilə qovşaqlarının piyada əlçatanlığı daxilində (400 metrədək məsafədə) yerləşən qeyri-yaşayış obyektləri üçün normativ parklanma yerlərinin sayının 30 % azaldılmasına icazə verilir. Bu yanaşma ictimai nəqliyyatın və mikromobilliyin inkişafını dəstəkləməklə yanaşı, şəhər ərazilərindən daha səmərəli istifadə olunmasına şərait yaradır.
Qərarda inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə də xüsusi diqqət yetirilib. Belə ki, parklanma yerlərinin ən azı 5 % əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmalı, 50 və daha çox parklanma yeri olan obyektlərdə isə yerlərin ən azı 5 % elektrik nəqliyyat vasitələrinin enerji ilə doldurulması üçün müvafiq infrastrukturla təmin edilməlidir.
Təsdiq olunan tələblər parklanma yerlərinin səmərəli planlaşdırılmasına, eləcə də daha rahat, təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.
Ətraflı məlumat üçün aşağıdakı keçid linkindən istifadə edə bilərsiniz:
https://t.co/9QxOFr2Z59
🇦🇿🇺🇳 Today, in New York together with UN-Habitat Executive Director Anacláudia Rossbach (@AnacludiaRossb1), we signed an agreement marking a new chapter in the partnership between Azerbaijan and UN-Habitat.
For the first time, UN-Habitat will directly contribute to the planning of rural settlements in Azerbaijan’s liberated territories. Under the joint project, spatial planning documents will be prepared for Guyjag village in Jabrayil district and Mollabayramli village in Kalbajar district.
This partnership will support the Great Return Programme by helping create more sustainable, inclusive and people-centred living environments for Azerbaijani citizens returning to their native lands.
#GreatReturn #EastZangazur #SustainableDevelopment
#Partnership #UNHabitat
———
🇦🇿🇺🇳 Bu gün Nyu York şəhərində UN-Habitat-ın İcraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə Azərbaycan və UN-Habitat arasında əməkdaşlığın yeni mərhələsini açan Saziş imzaladıq.
İlk dəfə olaraq UN-Habitat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd yaşayış məntəqələrinin planlaşdırılması prosesinə birbaşa töhfə verəcək. Birgə layihə çərçivəsində Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədləri hazırlanacaq.
Bu tərəfdaşlıq “Böyük Qayıdış” Proqramının həyata keçirilməsinə töhfə verərək, doğma yurdlarına qayıdan vətəndaşlar üçün daha keyfiyyətli, dayanıqlı və insan mərkəzli yaşayış mühitinin formalaşdırılmasını dəstəkləyəcək.
#BöyükQayıdış #ŞərqiZəngəzur #Dayanıqlıİnkişaf
A family photo of the participants of the 3rd Azerbaijan #NationalUrbanForum.
Over 200 international guests from 64 countries and nearly 400 participants in total gathered in #Khankendi to advance the creation of #sustainable and #safe#cities.
#NUFA3
MEMORANDUM OF UNDERSTANDING between the Government of the Republic of Azerbaijan and the Government of the United States of America regarding the establishment of a Strategic Working Group to develop a Charter on Strategic Partnership between the Republic of Azerbaijan and the United States of America
https://t.co/QeZMrjrWn3
Final day of the National #Archery Championship - the sharpest and brightest arrows hit the target 🎯✨
Thanks to our #archers for their perseverance and unforgettable moments!
#archeryAZE
After successfully concluding #UrbanizationDay, the respective Ministerial Meeting, and several high-level discussions within the framework of @COP29 in collaboration with the @UNHABITAT, we introduced the organization’s Executive Director, Ms. Anacláudia Rossbach (@AnacludiaRossb1), to several strategic #UrbanPlanning, #culture, and ecological transformation projects that define the rich history and future of our capital #Baku.
Together, we visited the ancient @icherisheher, which is included in UNESCO’s World #Heritage List, the world-renowned architectural masterpiece – the Heydar Aliyev Center and its exhibitions, the ecological rehabilitation of former industrial zones, “White City” as a model of comprehensive #planning and #development, the Yasamal #Residential Complex of the State Housing Development Agency (#MİDA - @guzeshtlimenzil), which ensures #housing #affordability for the population, and a new public space serving as the city’s “lungs” – the #CentralPark project.
Ms. Rossbach highly appreciated #Azerbaijan’s sensitive approach and success in preserving and promoting historical #architectural heritage, people-centered #urban planning solutions, and addressing #climate and urban agendas in an integrated and comprehensive manner. She also expressed her confidence in the success of the transformation and development projects to be continued under Baku’s new #MasterPlan.
The Executive Director of “UN-Habitat” expressed her certainty that the 13th Session of the #WorldUrbanForum (@WUF_UNHabitat - #WUF13), to be held in Baku in 2026, will be an excellent opportunity for thousands of international participants to familiarize themselves with Azerbaijan’s achievements in developing sustainable and healthy cities.
———
BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birlikdə #COP29 çərçivəsində #Urbanizasiya Gününü, müvafiq Nazirlər İclasını və bir sıra yüksək səviyyəli müzakirələri uğurla başa çatdırdıqdan sonra təşkilatın ölkəmizdə səfərdə olan icraçı direktoru xanım Anaklaudia Rosbaxı paytaxtımızın zəngin tarixi və gələcəyini şərtləndirən bəzi strateji #şəhərsalma, #mədəniyyət və ekoloji transformasiya layihələri ilə tanış etdik.
YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında olan qədim #İçərişəhər, dünya #memarlıq incisi – Heydər Əliyev Mərkəzi və ekspozisiyaları, keçmiş sənaye ərazilərinin ekoloji sağlamlaşdırılması, kompleks planlaşdırma və inkişaf nümunəsi olan “Ağ Şəhər”, əhaliyə #mənzil əlçatanlığını təmin edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal #Yaşayış Kompleksi və şəhərin “ağ ciyərləri” rolunu oynayan yeni ictimai məkan – #MərkəziPark layihələrini birlikdə ziyarət etdik.
Xanım Rosbax tarixi-#memarlıq irsin qorunması və yaşadılması, insan-mərkəzli şəhərsalma həlləri, iqlim və şəhər gündəlikləri məsələlərinin əlaqəli və kompleks həlli istiqamətində #Azərbaycanın həssas yanaşmasını və uğurunu yüksək qiymətləndirdi, Bakının yeni #BaşPlan’ı əsasında davam etdiriləcək transformasiya və #inkişaf layihələrinin müvəffəqiyyətinə inandığını bildirdi.
“UN-Habitat” icraçı direktoru 2026-cı ildə #Bakı’da keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (#WUF13) minlərlə beynəlxalq iştirakçıları üçün Azərbaycanın dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində nailiyyətləri ilə tanış olmaq üçün gözəl imkan olacağında əminliyini ifadə etdi.
I am proud to announce that today, together with my colleagues from around the world under the auspices of @UNHabitat, we launched the Multisectoral Actions Pathways (MAP) for #Resilient and #Healthy Cities initiative at the @COP29_AZ within 3rd Ministerial Meeting on #Urbanization and #ClimateChange. This groundbreaking Declaration is the first of its kind, integrating the concept of healthy cities into the #climate agenda and fostering stronger synergies between #UrbanPlanning and #climate action for sustainable development.
Additionally, I am excited to unveil the creation of the #BakuContinuityCoalition, a new initiative designed to build connections between #COP and #WUF. The signing of the relevant letter of intent with #Egypt, #UnitedArabEmirates, #Brazil, and #UNHabitat sends a powerful message, underscoring our shared commitment to shaping the future of #cities through #innovation, #collaboration, and a strong focus on #ClimateAction.
As we look forward to #WUF13 in #Baku in 2026, we remain dedicated to taking transformative steps toward building sustainable #urban future, guided by our collective efforts within these established platforms.
———
Qürurla elan edirəm ki, bu gün dünyanın müxtəlif ölkələrindən olan həmkarlarımla birgə #COP29 çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilən #Şəhərsalma Günündə təşkil olunmuş 3cü Nazirlər Görüşündə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünü təqdim etdik. Bu vacib deklarasiya sağlam #şəhər yanaşmasını iqlim gündəliyinə inteqrasiya edən və #şəhər planlaşdırılması ilə #iqlim tədbirləri arasında sinerjini gücləndirərək #Dayanıqlıİnkişaf məqsədlərini dəstəkləyən ilk nümunədir.
Bundan əlavə, COP-lar və Ümumdünya Şəhərsalma Forumları arasında sinerji yaratmaq üçün nəzərdə tutulmuş yeni təşəbbüs olan #BakıDavamlılıqKoalisiyası’nı təsis etdik. #Misir, #BirləşmişƏrəbƏmirlikləri, #Braziliya və #UNHabitat ilə müvafiq niyyət sənədinin imzalanması #innovasiya’lar, #əməkdaşlıq və iqlim fəaliyyətinə güclü diqqət yetirməklə şəhərlərin gələcəyini formalaşdırmaq üçün ortaq öhdəliyimizi vurğulayan güclü bir mesaj göndərir.
#Bakı’da 2026-da keçiriləcək #WUF13-ü səbirsizliklə gözləyərkən biz bu qurulmuş platformalar çərçivəsində kollektiv səylərimizi rəhbər tutaraq, davamlı #şəhər gələcəyinin qurulması istiqamətində addımlar atmağa sadiq qalırıq.
Working at the intersection of #Cities and #ClimateAction?
🏙️ On Nov. 20, the Ministerial Meeting(s) on Urbanization and Climate Change will convene to hear first-hand how urban areas are tackling climate challenges head-on.
🎟️ Register your interest: https://t.co/z4WswsXA3p
Çoxəsrlik tariximizin dövlətçilik salnaməsində xüsusi yeri olan #18Oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi günün 33-cü ildönümünü yaşayırıq.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şücaəti sayəsində #dövlət suverenliyinə qovuşmuş #Azərbaycan bugün yeni #inkişaf və #quruculuq dövrünü yaşayır. Prezident İlham Əliyevin #müstəqil dövlət siyasəti Xalqımızın xoşbəxt gələcəyini və yüksək həyat keyfiyyətini qətiyyətlə təmin etməkdədir.
Müstəqilliyimiz əbədi,
#Vətən’imiz güclü,
Xalqımız həmrəy olsun! 🇦🇿
#MüstəqilliyinBərpasıGünü
#Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında #Vətən’imizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən #qəhrəman şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. Onların şücaəti və fədakarlığı xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
#AnımGünü #27Sentyabr
———
We honor with deep respect and gratitude the memory of our heroic martyrs, who gave their lives for the sovereignty and territorial integrity of our #Motherland, under the leadership of the President of the Republic of #Azerbaijan, Victorious Commander-in-Chief Ilham Aliyev. Their courage and sacrifice will always remain in the heart of our nation.
May Allah rest souls of our martyrs.
#RemembranceDay #September27