Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi.
Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesab��na qazanılıb. Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.
Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək.
Köçkünləri qaytarmaq üçün ilk növbədə təhlükəsizlik və infrastruktur məsələləri həll olunmalıdır. Həmin ərazilər minalardan təmizlənməlidir. Biz bu prosesə beynəlxalq təşkilatları da cəlb edəcəyik