I continue negotiations with international partners. Had a conversation with 🇦🇿 President @presidentaz. We appreciate the humanitarian aid and medicines provided. Thank you for your support to 🇺🇦
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Ermənistan mülki şəxslərə hücum etməkl�� Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi.
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Armenian armed forces, grossly violating the humanitarian ceasefire regime, again have fired at the #Bardacity from the "Smerch" MLRS. As of now at least 21 civilians killed and more than 60 injured! This is crime against humanity!!
#StopArmenianTerrorism#prayforBarda
Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.
Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
BMT-nin Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Biz özümüzü müdafiə edirik və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edirik.
Biz nəinki enerji, həm də daşımalar üzrə regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik.