Yaşamağın ən önəmli detallarından biri davamlılıq, bir digəri isə qərarlılıqdır.
Həyat niyyətlərimizlə formalaşır. Amma niyyətlərimizin gerçəyə dönməyini də hərəkətlərimizdəki davamlılıq və qərarlılıq formalaşdırır.
Hərəkət sözdən, söz isə düşüncədən üstündür.
İradənə güvən.
Çox sadə etiket qaydalarına əməl etməyən, danışıq üslubu pis, neqatif yanaşan, anlayışsız, danışmaq üçün danışan, dinləməyi bacarmayan, düşüncəsiz, özünü düşünən, başı boş, problemi həll etmək yerinə davamlı problem yaradan hər insandan bir az diksinirəm.
Bu gün Ukrayna Prezidenti @ZelenskyyUa Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə @presidentaz təşəkkür edib.
Ovuc içinizin qaşınması, sizə bir yerdən pul gələcəyinə yox, dermotoloji probleminizin olduğuna; Qulağınızda səs olması, birinin sizi andığı üçün yox, infeksiya tutduğunuza işarə edir.
Bundan əlavə, dünya yaxşı insanların xətrinə yox, bucaq implusunun qorunması xətrinə dönər.😎
Kənardan baxıldığında soyuq, qaşqabaqlı dediyiniz insanların çoxu, harda nə cür davranılacağını bilənlər olur.
Soyuq deyilik, gərəksiz səmimiyyətlər qurmaq yerinə, zamanla oturan insani münasibətlərə öncəlik veririk. Bu qədər.
Kimlerinsə bilməyinə, kimlərinsə əmin olmağına, kimlərinsə “okay” verməyinə ehtiyac yoxdur.
Mövzu sənin xoşbəxtliyindirsə, nə qədər az fikir eşitsən, o qədər yaxşıdır.
Hərkəsin hazırladığı qəhvə bol köpüklü deyil, köpüklü olanın şəkilini çəkirlər
Hərkəs həmişə gözəl deyil, gözəl çıxdıqlarını paylaşırlar
Hərkəs həmişə xoşbəxt deyil, xoşbət olanda və ya elə görünəndə paylaşırlar.
Köpüksüz qəhvəni,gözüqapalı şəkili,tükənmiş halını paylaşan yoxdur.
Birini bəyənəndə, “bugün nə gözəl görünürdün” deyərəm,
Çox bacarıqlı olduğunu düşünəndə, “nə bacarıqlısan” deyərəm,
Birilərinin incə davranışlarını tərifləməkdən heç çəkinmərəm.
Çünki yaxşı olanı demək məndən əksiltməz.
Paxıl dilli olmağın nə qədər zəhərli ola biləcəyini bilirəm.
Gələcəkdə qızımın acılarını görmərəm deyə çox qorxuram.
Mən yatağımda mışıl mışıl yatarkən, o, o biri otaqda yorğanın altında gizli gizli ağlasa, məhv olaram...
Çünki məncə valideyin olmaq hiss etməkdir...
Öz eqona görə övladının həyatını məhv etməmək...