Bu sevginin küllərindən yuva qurdum dərdə mən,
Deyirdin ki, “Yaşamaram sən olmayan yerdə mən!”
Səndən sonra nağıllara inanmaram bir də mən,
Öyrəndim ki, hər sonluqda göydən üç alma düşmür...
Əsmər Hüseynxan
Hələ bu dünyada izim yoxuydu,
Hər şeyi görürdüm, gözüm yoxuydu,
Hələ ruhum vardı, özüm yoxuydum,
Mən bura özümü görməyə gəldim.
Mənə də yer çatar, dünya dar deyil,
Biz balıq deyilik, dünya tor deyil,
“Allah göydən baxır, Allah kor deyil!”
Sizə bunu xəbər verməyə gəldim
R.Rövşən
Dilin bulud olsun, ahların yağış
Qoy, dilin buludtək əhv yağışlasın
Mən Allah deyiləm bağışlamıram
O Allah, o da sən get bağışlasın
Habil Rzanur
#şeir#şiir