Tarixinin ən çətin anlarında birliyini, qərarlılığını və cəsarətini bütün dünyaya nümayiş etdirən xalqımız tam 105 il əvvəl öz müstəqilliyini qazanıb, bu gün də qoruyub saxlamağa davam edir.
Müstəqilliyin əbədi olsun, Azərbaycan!
#28May#MüstəqillikGünü
Sənin adın Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın müstəqilliyini, dövlətçiliyini, tərəqqisini sənə borcluyuq. Sən Azərbaycan xalqının qəlbində daim yaşayacaqsan!
Ümummilli lider, ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Bu mübarək ayda tutduğunuz orucun, etdiyiniz duaların qəbul edilməsini diləyirik.
İnam dolu qəlblərə hüzur və ümid bəxş edən Ramazan bayramınız mübarək olsun!
#Ramazan
1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən qanlı aksiyalarda həyatlarını itirmiş soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirik...
Bu Novruz evinizdə şənlik, süfrənizdə bolluq və bərəkət əksik olmasın. Xalqımıza birlik, əmin-amanlıq və sevgi dolu günlər arzu edirik. Novruz bayramımız mübarək!
#Novruz
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımını unutmadıq, unutmayacağıq… Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad edirik.
#XocalıSoyqırımı#JusticeForKhojaly
@PASHAHoldingLLC-in bir hissəsi olaraq biz də Türkiyəyə dəstək kampaniyasına qoşulduq.
Holdinq və onun törəmə şirkətləri @ahbap və @AFADTurkiye fondlarına hər birinə 500 min ABŞ dolları olmaqla ümumilikdə 1 milyon ABŞ dolları ianə edib.
#SəninləyikTürkiyə
Vətənimizin azadlığını, müstəqilliyini qorumaq üçün birlik olub, hər bir haqsızlığın qarşısında cəsarətlə dayanan xalqımız var!
Qanlı Yanvar faciəsində həyatlarını itirən şəhidlərin xatirəsini ehtiramla yad edirik...
#20Yanvar#BlackJanuary
Bütün ömrünü öz xalqına xidmət etməyə həsr edən dahi şəxsiyyət...
Müstəqil Azərbaycanın banisi, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Hər dəfəsində Simurq quşu tək küllərindən yenidən var olan, hər çətinlikdə əzmlə ayaqda durmağa güc tapan, "suverenlik", "müstəqillik", "azadlıq" sözlərinin əsl mənasını tarixi boyunca yaşayan və yaşadan xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edirik!
#DirçəlişGünü
27 il əvvəl müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Bu gün azad, demokratik, hüquqi və dünyəvi dövlətdə yaşayan xalqımızı Konstitusiya Günü münasibətilə təbrik edirik!
#12Noyabr#KonstitusiyaGünü
Biz səninlə and içir, səninlə qürurlanır, səndən güc alırıq. Səmaları bəzəyən, zəfərl��rimizin, müstəqilliyimizin, azadlığımızın rəmzi olan üç rəngli bayrağımız, daim zirvələrdə dalğalan!
#9Noyabr #BayraqGünü
30 ilin həsrəti, 44 günün həyəcanı, hər şəhid xəbərinin kədəri, hər geri qaytarılan ərazinin sevinci və tarixi zəfərimizin qüruru… Hər birimizə min hissi yaşadan Zəfər Günümüz mübarək!
#8Noyabr#ZəfərGünü
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə anır, qardaş türk xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edirik!
#cumhuriyetbayramı