Düşünmək yanılmaq təhlükəsidir. Seçmək peşman olmaq təhlükəsidir. Yaşamaq isə bütün bunların hamısını qəbul etməkdir. Əgər bir insanı bütün səhvlərdən qorumağa çalışsaq, onu həyatdan da qorumuş olarıq.
Bir quşu təsəvvür et. Qış səhəridir. Bir adam həyətdə yaralı quş tapır. Onu evə gətirir, qanadını sarıyır, yem verir. Quş sağalır. Sonra yaz gəlir. Pəncərənin o biri tərəfində ağaclar çiçəklənir. Quş qəfəsin içində çırpınmağa başlayır. Adam ona baxır və düşünür:
Biz çox vaxt yaxşılığı rahatlıqla qarışdırırıq. Ağrısızlığı yaxşılıq sayırıq. Təhlükəsizliyi yaxşılıq sayırıq. Sabitliyi yaxşılıq sayırıq. İnsan həyatı qəribə şəkildə elə qurulub ki onun ən qiymətli şeylərinin böyük hissəsi təhlükə ilə birlikdə gəlir. Sevmək itirmək təhlükəsidir.
Həyatımızda yeni bir yola çıxmağa çalışarkən hazır bir şey axtarmağa ehtiyac yoxdur. Addımlamağa başladıqca yeni yolumuzu özümüz yaradırıq.
Qərar veririk.
Məsuliyyət götürürük.
Qərarın qarşılığında nələrdənsə imtina etməli oluruq.
Sonrasında yolumuz formalaşmış olur.
Barmaqlarımız da bir bütöv əl lövhəsi deyil, onurğamız da tək sümük deyil. Çünki hərəkət edən və təzyiq daşıyan sistemlərdə bütövlük güc verə bilər, amma hissələr çeviklik və yaşamaq qabiliyyəti verir. Sistem elə qurulub ki, bir hissənin ölümü bütünün ölümü olmasın.
Əsl təsir sahibi diqqət dilənən insan deyil.O, deməyə sözü, yaratmağa dəyəri və müdafiə etməyə mövqeyi olan insandır. Hamı influencer olmaq istəmir. Hamı unudulmaqdan qorxur. Lakin insanı unudulmaz edən nə qədər görünməsi deyil, görünəndə nə deməsidir.
"Hamı influencer olmaq istəyir". Son zamanlarda ən çox eşitdiyim cümlə.
Əslində isə hamı influencer olmaq istəmir, çox insan sadəcə olaraq görünməz qalmaqdan qorxur.
Fikrimi əsaslandırım:
İnsan kim olduğunu düşünmək əvəzinə, başqalarının onu necə gördüyünü düşünməyə başlayır. Şəxsiyyət qurulmur, auditoriyanın reaksiyasına uyğun yenilənir. İnsan təsir edən birinə yox, reaksiyalardan asılı birinə çevrilir. Problem görünməkdə yox, görünmədən yaşaya bilməməkdədir.
Bəzən kimisə itirmək dəyişimin əvəzi deyil, dəyişdiyinin sübutudur. Amma hər gedən insan da geridə qalmış sayılmır. Bəzən sadəcə yollar və ehtiyaclar ayrılır. Bu ədalət və ya ədalətsizlik deyil - həyatdır.
İnsan yaxşı mənada dəyişəndə sərhədləri, prioritetləri və dözdüyü davranışlar dəyişir. Bəzi münasibətlər də məhz onun əvvəlki, daha zəif və ya daha güzəştə gedən halı üzərində qurulubsa, yol ayrımı qaçılmaz olur.
Universitetə qəbul olmaqla bağlı həqiqətlər:
- Bal sənin kim olduğunu göstərmir.
- Ailə ixtisası marağa görə yox, nüfuza görə seçir.
- Diplomum olsun düşüncəsi təhlükəlidir.
- Səhv seçimdən qaçmaq naminə seçim etmə.
İki tərəf bir-biri ilə döyüşür, problem isə kənarda oturub böyüyür.
Bəlkə də ən böyük dönüş budur: qadınla kişi iki ayrı növ deyil. Eyni cəmiyyətin, eyni travmaların və çox vaxt eyni yanlış sistemin içində böyüyən insanlardır.
Bir-birimizlə yox, bu cahilliklə döyüşməliyik.
İkinci mərhələdə: Şəxsi travma ümumi həqiqətə çevrilir
Bir kişi bir qadından zərər görür və “qadınlar belədir” deyir. Bir qadın bir kişidən zərər görür və “kişilər belədir” nəticəsinə gəlir.
Halbuki yaşadığın hadisə sənin təcrübəndir, bəşəriyyətin statistikası deyil.
Beşinci mərhələdə: Əsl problem görünməz qalır
Qadın və kişi bir-birini düşmən hesab etdikcə, onları həqiqətən əzən problemlər rahatlıqla yaşayır: savadsızlıq, iqtisadi asılılıq, emosional yetişməmişlik, zorakılıq, hüquqsuzluq, yanlış ailə modelləri.