Bakının daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatımızı təqdim edirik.
2025-ci ilin ilk aylarında paytaxtın əmlak bazarında baş verən dəyişiklikləri buradan izləyə bilərsiniz: https://t.co/FskYEGh9vl
#ABB#DaşınmazƏmlakHesabatı
O vaxt bu vaxtdır! ⌛️
Səhmlərimizə abunə yazılışı üçün son günlər! Siz də vaxt itirmədən 10 sentyabr 2024-cü il tarixinədək hər birinin qiyməti 27 qəpikdən başlayan ABB səhmlərinə yatırım edin. ☑️
Bu gün ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirildi.
2023-cü ilin maliyyə nəticələrinə əsasən ABB-nin səhmdarlarına 185 000 000 AZN məbləğində dividendin ödənilməsinə qərar verildi.
🔗 Ətraflı: https://t.co/78GAIQj4mK
Böyük ümidlərlə Madridə yola salınan uşaq futbol komandamız artıq yarışlara başlayıb. ABB-nin baş sponsorluğu ilə Azərbaycanın uşaq futbol komandası "Real Madrid Foundation World Challenge" turnirində ilk dəfə təmsil olunur. Balaca futbolçularımıza qələbələr!
Yaşıl dünyamızda ömrünüz hər zaman bahar təravətli olsun!
ABB olaraq Novruz bayramınızı təbrik edir, doğmalarınızla birgə sevincli günlər, uğurlu başlanğıclar arzulayırıq.
Yaşıl dünyamıza dəstək naminə başlatdığımız səyahət: https://t.co/yLK41vL5ou
ABB olaraq dayanıqlılıq sahəsində təşəbbüslərimizin davamı kimi BMT-nin Qlobal Sazişinə qoşulduq!
Beləliklə, Bankımız Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan edir! 2023-cü ildə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nəticələ ilə tanış olun: https://t.co/01ztiw8Ltf
ABB olaraq bu gün 32 yaşımıza çatdıq! Universal maliyyə tərəfdaşınız kimi güvəninizi qorumaq üçün çalışır, dəstəyinizlə böyüyür, daim yenilənib inkişaf edirik! 💫
Qürurla xidmətinizdəyik!💙
#ABB#Müasir#Faydalı#Universal
Özün zirvələrdə, şanın hər məskəndə! 9 Noyabr ən uca zirvələrdə öz əzəməti ilə dalğalanan üçrəngli bayrağımızın günüdür! Bu gün münasibətilə xalqımızı təbrik edir, bayrağımızın daim zirvələrdə dalğalanmasını arzu edirik! 💙 Əzəmətin hər yerə səs salsın, ey şanlı bayrağımız! 🇦🇿
Bu Zəfər əsrlərin Zəfəridir! Bu Zəfər haqqın Zəfəridir! Bu Zəfər milli birliyin, Vətənə sevginin, ümid və inamın Zəfəridir! Əbədi Zəfərimiz mübarək! 🇦🇿
ABB-nin 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını sizlərlə bölüşürəm!
Bankımız açıqlıq, şəffaflıq prinsipləri ilə sektorda daha bir nümunə yaratmağı hədəfləyir: https://t.co/mmmYpkmdIM
#Dayanıqlılıq#ABB#ŞəffafBankçılıq
Agile Azərbaycan Beynəlxalq Sammitinə lap az qaldı!
Noyabrın 4-də biznes liderləri, inkişaf etməkdə olan qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs bu sammitdə bir araya gələcək.
Qoşulmaq üçün hələ imkan var: https://t.co/r1ah9E44wI
#Brookfield şirkətinin idarəedici partnyoru və regional rəhbəri Jad Ellaunun başçılıq etdiyi heyət ilə görüşdük. #ABB ilə mümkün tərəfdaşlıq münasibətlərinin, xüsusilə #rəqəmsal bankçılıq, #ödəniş sistemləri sahəsində əlaqələrin qurulması fürsətlərini dəyərləndirdik.
Türkiyədə baş vermiş zəlzələ xəbərini ağır kədər hissi ilə qarşıladıq.
Qardaş ölkənin acısını paylaşır, həlak olanların doğmalarına dərin hüznlə başsağlığı veririk!
“Mərkəzi” filialımız məşhur binasında xidmətə başladı.
Bu bina bankçılıq tariximizin xoş nişanəsidir.
Binanın ilkin görkəmi tam qorunmaqla burada xidmət şəraiti müasirləşdirilib.
ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır.
#ABB#Müasir#Faydalı#Universal
20 Yanvar milli iradəmizin zəfər günüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizi rəhmətlə anır, onların ruhu qarşısında baş əyirəm.
#ABB #20 Yanvar