🔐 📱 Uşaqları rəqəmsal təhlükələrdən qoruyun!
Sosial şəbəkələr uşaqlar üçün yeni imkanlar yaratsa da, kiberdələduzluq, kiberbullinq, saxta profillər və fişinq hücumları kimi risklər də mövcuddur.
Ətraflı: https://t.co/4FPLCBf6AR
Bir vaxtlar həyatın qaynadığı bu torpaqlar işğalın ağır izlərini yaşadı. Bu gün isə #Ağdam, #Füzuli və #Xocavənd yenidən dirçəlir. Hər tikilən bina, hər salınan yol böyük qayıdışın rəmzidir. Bu torpaqlarda tarix yenidən yazılır.
Bura Vətəndir. Vətəni birlikdə qururuq.
#Qarabağ
YAP Xaçmaz rayon təşkilatının təşkil etdiyi "Ulu Öndərin Azərbaycançılıq Dəyərləri" adlı Qarabağ turu iştirakçılarda unudulmaz təəssüratlar yaradıb. Ağdam, Şuşa və Xankəndidə aparılan quruculuq işləri ilə tanışlıq qürur hissi doğurub. Zəfər yolumuz qürurumuzdur.
Statistika sahəsində bilik mənbələrinin toplandığı ünvan.
Kitabxana tələbələrin, tədqiqatçıların və mütəxəssislərin istifadəsinə açıqdır və həftə içi saat 09:00–18:00 aralığında fəaliyyət göstərir.
#DövlətStatistikaKomitəsi#Kitabxana
Dünyanın müxtəlif ölkələrindən gələn türk dövlətləri və türk toplumlarını təmsil edən nümayəndələrlə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli rəsmi iqamətgahında ziyarət etmək imkanı əldə etdik.
Görüş zamanı Türk dünyasının birliyi, ortaq milli-mənəvi dəyərlərimizin qorunması, qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi və dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklərin birlik, həmrəylik və bərabərlik ruhunda fəaliyyət göstərməsinin vacibliyi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Bu əlamətdar görüşdə iştirak etmək mənim üçün böyük şərəf və qürur mənbəyi oldu. Bizləri yüksək qonaqpərvərlik və səmimiyyətlə qəbul etdiyinə, Türk dünyasının ortaq gələcəyinə dair dəyərli fikirlərini bölüşdüyünə görə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri cənab Ünal Üstelə səmimi minnətdarlığımı bildirir, fəaliyyətində uğurlar arzulayıram.
İnanıram ki, Türk dünyasının həmrəyliyi və birliyi naminə atılan hər bir addım ortaq gələcəyimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.