‼️Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
✏️ Prezident İlham Əliyev bununla bağlı qanunlara dəyişikliyi imzalayıb.
‼️Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür"
👉 "Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir"
👉 "Qanunvericilik bu gün fərdi məlumatları qoruyur. Amma kimsə şübhəli əməliyyatlar edirsə, bunlar, yoxlanılmalıdır. Vergidən yayınmadan başqa burada dələduzluq, çirkli pulların yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Mən hesab edirəm ki, sizə mənbəyi müəyyən olmayan məbləğlər gəlir. Maliyyə Monitorinqi Xidməti də bunu təhlil edir".
🔴 Spektator ✅
🔔 AMD 2026-ci il 1-ci rüb maliyyə nəticələrində gözləntiləri üstələyib:
• Gəlir: 10.25 mlrd $ (gözlənti: 9.85 mlrd $)
• Bir səhmə düşən gəlir: 1.37 $ (gözlənti: 1.29 $)
Q2 proqnozu:
• Gəlir: 11.2 mlrd $ (gözlənti: 10.5 mlrd $)
‼️ Lizinq kreditləri ucuzlaşa bilər - Azərbaycanda kredit bazarında dəyişiklik gözlənilir.
➡️ “Maliyyə icarəsi haqqında” qanunun qəbul edilməsi lizinq sektorunda rəqabəti artıra və faizləri aşağı sala bilər. Deputat Vüqar Bayramov bildirir ki, Avropa İttifaqı və Qazaxıstan kimi ölkələrdə lizinq kreditləri istehlak kreditlərindən xeyli ucuzdur.
🛍 Hazırda Azərbaycanda lizinq kreditləri təxminən 14%-dən, istehlak kreditləri isə 11%-dən başlayır. Yeni qanun lizinq üzrə faizləri azaldarsa, bu, təkcə həmin sahə ilə məhdudlaşmayacaq — dolayı yolla bank sektorunda ümumi kredit faizlərinin, o cümlədən istehlak kreditlərinin də enməsinə stimul verə bilər.
🔴 Spektator ✅
#TarixdəBugün — 1 may
1889 — Beynəlxalq Əmək Günü təsis olundu
Bu gün dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Bayramın əsası 1889-cu il mayın 1-də Parisdə keçirilən II İnternasionalın konqresində qoyulub. Qərar 1886-cı ildə ABŞ-ın Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə keçirilən etiraz aksiyalarında həyatını itirən fəhlələrin xatirəsinə qəbul edilmişdi. Sonralar 1 may dünyanın bir çox ölkəsində əmək hüquqları və zəhmətkeşlərin həmrəyliyi günü kimi qeyd olunmağa başladı.
1918 — Qubada soyqırımı törədildi
“Bakı Komissarları Soveti”nə bağlı silahlı dəstələr Quba istiqamətində hücuma keçdi. Amazaspın rəhbərlik etdiyi silahlı birləşmələr tərəfindən bölgədə kütləvi qırğınlar törədildi. Tarixi mənbələrə görə, Quba və ətraf ərazilərdə minlərlə dinc sakin, əsasən qadınlar, uşaqlar və yaşlı insanlar qətlə yetirildi.
1930 — Plutonun adı rəsmən qəbul edildi
Günəş sisteminin ən maraqlı göy cisimlərindən biri olan Pluton üçün ad seçimi məhz bu gün təsdiqləndi. Planetin adı İngiltərədə yaşayan məktəbli Venetsia Börninin təklifi ilə qəbul edildi. O, uzaq, soyuq və qaranlıq olan bu göy cismini Roma mifologiyasında yeraltı aləmin tanrısı olan Plutonun adı ilə əlaqələndirmişdi.
1934 — Yazıçı İsi Məlikzadə anadan olub
Tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadə bu gün dünyaya gəlib. O, nəsr və dramaturgiya sahəsində mühüm əsərlər yaradıb, uzun illər Azərbaycanfilm kinostudiyasında baş redaktor kimi çalışıb. Onun ssenariləri əsasında çəkilən filmlər Azərbaycan kino tarixində xüsusi yer tutur.
1945 — Reyxstaq üzərinə Qələbə bayrağı sancıldı
II Dünya Müharibəsinin son günlərində sovet qoşunları Reyxstaq binasını ələ keçirərək üzərinə Qələbə bayrağı sancdılar. Bu hadisə nasist Almaniyasının məğlubiyyətinin simvollarından birinə çevrildi və müharibənin Avropada başa çatmasının ən mühüm anlarından biri kimi tarixə düşdü.
1959 — Aktrisa Firəngiz Mütəllimova anadan olub
Xalq artisti Firəngiz Mütəllimova Ağcabədi rayonunda anadan olub. O, teatr və kino sahəsində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan səhnə sənətində özünəməxsus yer tutub.
1964 — TRT fəaliyyətə ba��ladı
TRT — Türkiyə Radio və Televiziya Qurumu bu gün yaradıldı. TRT sonradan Türkiyənin ən böyük dövlət yayım qurumuna çevrilərək televiziya və radio sahəsində mühüm rol oynadı.
📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin!
🙂 Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
🟢 2025-ci ildə 52,
🟢 2024-cü ildə 62,
🟢2023-cü ildə isə 109 kişi
💍Nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
📌 Ədliyyə Nazirliyi
📣 Azərbaycanda bu ilin 1 mart tarixinə bank depozitlərində milli və xarici valyutaların payı:
👉 Milli valyutada 25,881 milyard manatı
👉 Xarici valyutada isə15,5 milyard manat.
📊 Depozit bazasının ümumi həcmi 41,345 milyard manatdır.
📌 Mərkəzi Bank
📈 2020–2024-cü illərdə dünya ölkələrinin yarısı müdafiə xərclərini artırıb.
👉 Dünyanın 100 ən böyük silah istehsalçısının satışları son iki onillikdə iki dəfə artıb.
👉 Bu göstəricilərin artmaqda davam edəcəyi gözlənilir, çünki NATO ölkələri müdafiə və təhlükəsizlik xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər.
#TarixdəBugün – 9 aprel
1886 — Azərbaycanın və SSRİ-nin Xalq Artisti Sidqi Ruhulla anadan olub
Ruhulla Axundov — sənət təxəllüsü ilə Sidqi Ruhulla — 1886-cı il 9 apreldə dünyaya gəlib. “Sidqi” ləqəbini “Vətən” dramındakı eyni adlı rolu böyük ustalıqla ifa etdikdən sonra dostlarının tövsiyəsi ilə qəbul etmişdi. 1906-cı ildə ilk dəfə Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolunu oynayıb; həmin dövrün teatr ənənəsinə görə qadın rollarını kişilər ifa edirdilər. 50 illik səhnə fəaliyyəti ərzində o, 300‑ə yaxın obraz yaradaraq Azərbaycan teatr sənətinə misilsiz töhfə verib.
1946 — Tanınmış rejissor və aktyor Ceyhun Mirzəyev dünyaya gəlib
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə anadan olub. O, cəmi 11 yaşında “Görüş” filmindəki uğurlu rolu ilə kino sahəsinə qədəm qoyub. 12 yaşında çəkildiyi “Ögey ana” filmi ona həqiqi şöhrət gətirib və onu bütün ölkədə tanıdıb. Onun son işi “Fəryad” filmi oldu, lakin ekran əsərinin tamamlanmasını görmək ona qismət olmadı.
1989 — Sovet qoşunlarının Tbilisidə dinc aksiya iştirakçılarına qarşı hücumu
9 apreldə Tbilisidə keçirilən müstəqillik tələbli dinc mitinq Sovet qoşunları tərəfindən zorla dağıdıldı. Etirazçılara qarşı soyuq silahlar, qaz və zəhərli maddələr tətbiq edildi. Hadisə nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər aldı. Bu faciə Gürcüstanın müstəqillik hərəkatında dönüş nöqtəsi sayılır.
1998 — Minada hacıların sıxlıq zamanı həlak olması
Məkkə yaxınlığındakı Mina bölgəsində 9 aprel 1998-ci ildə “şeytan daşlama” ayini zamanı yaranan sıxlıq nəticəsində 118 hacı namizədi həyatını itirdi. Bu hadisə Həcc ziyarətinin təhlükəsizliyinin artırılması istiqamətində ciddi islahatlara səbəb oldu.
2000 — “Kitabi‑Dədə Qorqud” dastanının 1300 illik yubileyi Bakıda qeyd edilib
9 aprel 2000-ci ildə Bakıda “Kitabi‑Dədə Qorqud” dastanının 1300 illik yubileyi böyük təntənə ilə keçirildi. Tədbir çərçivəsində paytaxtda Türkdilli Dövlət Başçılarının VI Zirvə Toplantısı da təşkil edildi. Bu yubiley türk dünyasının mədəni birliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
2003-cü il — Bağdadın süqutu
9 aprel 2003-cü ildə ABŞ rəhbərliyindəki koalisiya qüvvələri İraq paytaxtı Bağdadı nəzarətə götürdü. Şəhərin süqutu İraq müharibəsində dönüş nöqtəsi oldu və diktator Səddam Hüseyn rejiminin sonunu sürətləndirdi. Müharibə kütləvi qırğın silahları ilə bağlı iddialar fonunda başlamışdı.
2005 — Uels Şahzadəsi Çarlz Kamil Parker Bouls ilə evlənib
Britaniya taxt-tacının varisi Şahzadə Çarlz (bugünkü Kral III Çarlz) 9 aprel 2005-ci ildə Kamilla Parker Bouls ilə ailə həyatı qurub. Toy mərasimi Vindzor şəhərində keçirilmiş, mərasim Britaniya kral ailəsi üçün əlamətdar hadisələrdən biri olmuşdur.
2013 — Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq edilib
9 aprel 2013-cü ildə Azərbaycan Prezidenti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması haqqında Sərəncam imzalayıb. Proqramın məqsədi Azərbaycan dilinin dövlət dili kimi mövqelərini möhkəmləndirmək, dilin elektron mühitdə istifadəsini genişləndirmək və müasir dilçilik elmini inkişaf etdirmək idi.
📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin!
🔴 Spektator ✅
🚨 Tramp:
“Bütün bir sivilizasiya bu gecə məhv olacaq — bir daha heç vaxt geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, olacaq.”
🔴 Spektator ✅
📈 Bu ilin yanvar-mart aylarında Bakıda mənzillərin qiyməti qalxıb.
👉 Yeni tikililərdə qiymətlər orta hesabla 3,6%,
👉 Köhnə tikililərdə təxminən 2,4%
👉 İnşası davam edən layihələrdə isə (kotlovan) 4% civarında artıb.
🔴 Spektator ✅
#TarixdəBuBün – 7 aprel
1906 — “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb
7 aprel 1906-cı ildə böyük ədib Cəlil Məmmədquluzadənin redaktorluğu ilə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi işıq üzü gördü. Jurnal satirik üslubu, sosial problemlərin kəskin tənqidi və maarifçilik ideyaları ilə Azərbaycan ictimai fikrində dönüş yaratdı. Ö.F. Nemanzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, M.S. Ordubadi, Ə. Əzimzadə kimi ziyalıların fəaliyyət göstərdiyi jurnal mütərəqqi qüvvələri bir araya gətirərək milli oyanış prosesində mühüm rol oynadı.
1950 — Ümumdünya Sağlamlıq Gününün qeyd olunmasına başlanılıb
7 aprel 1950-ci ildən etibarən Ümumdünya Sağlamlıq Günü bütün dünyada qeyd olunmağa başladı. 1948-ci ilin həmin günündə BMT-nin tərkibində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST, WHO) yaradılmış və qlobal səhiyyə standartlarının formalaşdırılması əsas hədəf elan edilmişdi. Bu gün hər il ÜST tərəfindən prioritet hesab edilən bir mövzunun diqqət mərkəzinə gətirilməsi ilə müşahidə olunur. Hazırda təşkilatın 200-ə yaxın üzvü var; Azərbaycan isə müstəqilliyini bərpa etdikdən sonra, 1994-cü ildən ÜST-ə üzv olub.
1959 — Xalq Yazıçısı Çingiz Abdullayev anadan olub
7 aprel 1959-cu ildə doğulan Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının ən çox oxunan müəlliflərindən biridir. Onun detektiv janrında qələmə aldığı əsərlər dünya üzrə milyonlarla tirajla çap olunur və bir çox dillərə tərcümə edilir. Yazıçının “mavi ekran qəhrəmanı” sayılan Drongo obrazı postsovet məkanında geniş tanınıb və müasir Azərbaycan detektiv ədəbiyyatının əsas simalarından birinə çevrilib.
1992 — Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulub
7 aprel 1992-ci ildə Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlər rəsmi şəkildə yaradıldı. Bu addım siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın əsasını qoydu. Enerji, kənd təsərrüfatı, texnoloji innovasiyalar və səhiyyə sahələrində iki ölkə arasında əməkdaşlıq sonrakı illərdə davamlı olaraq genişləndi. Azərbaycan–İsrail tərəfdaşlığı bu gün regionun ən stabil və strateji münasibətlərindən biri hesab olunur.
1992 — Azərbaycan Hava Yolları yaradıldı
Elə həmin gün – 7 aprel 1992-ci ildə Azərbaycan Hava Yolları (AZAL) təsis olundu və ölkənin ilk milli aviaşirkəti statusunu aldı. Müstəqillik dövrünün başlanğıcında yaradılan AZAL-ın məqsədi hava nəqliyyatı infrastrukturunu yenidən qurmaq, beynəlxalq əlaqələri bərpa etmək və milli aviasiyanın təhlükəsizlik standartlarını yüksəltmək idi. Sonrakı illərdə təyyarə parkının genişləndirilməsi, yeni marşrutların açılması və beynəlxalq təşkilatlara üzvlük sayəsində AZAL regionda nüfuzlu hava daşıyıcısına çevrildi. Bu gün şirkət Azərbaycanın beynəlxalq imicində və nəqliyyat əlaqələrində mühüm rol oynayır.
📌 Tarixdə bu gün baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin!
🔴 Spektator ✅
🌧 Qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək,
🌧 Rayonlarda isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
📌 Milli Hidrometeorologiya Xidməti