Seçkilərin növbədənkənar təyin edilməsinə baxmayın, həbslər isə öz növbəsilə gedir. Jurnalist Teymur Kərimova hədə-qorxu yolu ilə pul tələb etmək maddəsilə cinayət işi qaldırılıb və tutulub.
Sual: Qubad İbadoğlunun həbsi ilə Ülvi Həsənlinin həbsində eynilik görürsünüzmü?
Cavab: Yox, eynilik görmürəm, birini dollarla, digərini avro ilə şərləyiblər.
Yadınızdadırmı, 2015-ci ildə rayon maşınlarını Bakıya buraxmırdılar, guya ki, bununla tıxac problemini həll edəcəkdilər. Bu qədər qanunazidd, vəyəndaşın ləyaqətini alçaldan, absurd və sarsaq qərarı vermiş hakimiyyətin quru sərhədləri açmasını gözləyirik…
Bir vaxtlar ağdamlılar, füzulililər, qubadlılar və s. murdar işğalçıların ucbatından öz doğma el-obalarına necə həsrətlə baxırdılarsa, İlham Əliyevin quru sərhədlərin bağlı saxlaması səbəbindən Azərbaycanda yaşayan gürcüstanlılar da öz doğma el-obalarına eyni həsrətlə baxırlar…
Bir şagirdin 10 il sinifdə qalması nə qədər ayıbdırsa, bir nəfərin də 20 (Sovet dönəmini çıxsaq, bir ailənin də 30 il) il hakimiyyətdə qalması o qədər ayıbdır…
Bizdə olan “dövlət” yox, “tövlət”dir. Onlar üçün yaradılmış münbit şəraitdə oğruların, yaltaqların, saxtakarların, şərçilərin və digər bu kimi tiplərin necə şad-xürrəm qaynaşdıqlarını görüncə, tövlədə təzə peyinin üstündə vızıldaşan iri, yaşılbaş milçəkləri xatırlayıram.
Adam özü saxta (mulyaj) və ya taxta olmalıdır ki, Qubad İbadoğlunu saxta pul kəsməkdə ittiham etsin. Adama gərək cin girsin ki, Qubad İbadoğlunu dini ekstremizmi yaymaqda ittiham etsin. Əslində bu dini ekstremizm yox, cini ekstremizmdir.
Sakinlər yazırlar, 13 gündür ki, Əmircan qəsəbəsinə su verilmir. Təbii ki, hökumət buna görə sakinlərdən də çox narahatdır və yəqin gecə-gündüz yağış duası edir, sadəcə olaraq hələlik alınmır. Yazıqlar özgə nə edə bilərlər ki?
Şanlı USQ dronlarla Novqorod vilayətindəki hərbi aerodroma zərbə endirdi. Rusiya MN faktı təsdiq edib. Bu zərbənin nəticələri haqda əlavə məlumat veriləcək, ümid edirəm ki, raşistlərin ciddi itkiləri olacaq. Slava Ukrayini!!!
Bir az bundan əvvəl dostumla danışırdıq ki, həftə qurtarır, amma nə əcəb Təpəgöz içimizdən heç kimi oğurlayıb aparmayıb. Elə indi fb-dən oxuyuram ki, ADR hərəkatının ağsaqqal üzvü Ənvər Ağamalızadə yoxa çıxıb. Deyirəm axı, ac qalası deyildi ki…
Hə, Ali Baş Korrupsioner “Wolt”u bağladı, indi qaldı zibilliklərdən plastik tullantıları və sərinləşdirici içkilərin əlvan metal qablarını toplayanlar, onu da qadağan etsəydi yayın bu istisində canına bir az sərinlik gələrdi, rahatlanardı…