Welcome to UNPLAGUED! We are here with all the latest developments about dangerous diseases like COVID-19! Together we can UNPLUG the current and all potential
“Elektron siqaretlər uşaqları hədəf alır.Bu məhsulların bəziləri cizgi filmi personajlarından istifadə edir.”,-deyə ÜST-ün Sağlamlığın Təşviqi üzrə Direktoru Dr. Ruediger Krech bildirib. Ətraflı: https://t.co/vAuGsIyrgQ
#elektronsiqaret#unplagued
Qızılca kəskin viral respirator xəstəlikdir və qızdırma,zəiflik,öskürək və səpgi ilə xarakterizə olunur.Xəstələr izolyasiya qaydalarına əməl etməlidirlər.Qızılca üçün xüsusi antiviral müalicə olmasa da xəstəliyin yayılmasının qarşısını qızılca vaksini vasitəsilə almaq mümkündür.
Sinifdə müəllim və şagird sağlamlığı
Unutmayın ki, dezinfeksiyaedici spreylər və salfetlər pestisidlərdir! Hər hansı bir pestisid kimi onların da sağlamlıq riskləri ola bilər. Rutin təmizləmə üçün dezinfeksiyaedici vasitə əvəzinə sabun və su istifadə edin.
#pestisidlər
Bəzi ölkələr virus daşıyan həşəratları öldürmək üçün uçuşlar zamanı pestisidlərdən istifadə edirlər.Təyyarənin kabinəsinin insektisidlənməsi həşəratların 8 həftəyə qədər məhv edilməsində təsirli olur.Sərnişinlər pestisidlə nəm olan səthlərlə dəri təmasından çəkinməlidirlər.
Pestisidlər və reproduktiv sağlamlıq
Pestisidlər zərərvericiləri məhv etmək üçün istifadə olunan kimyəvi maddələrdir.Onlar hamiləliyin başa çatmaması,doğuş qüsurları və uşaqlarda öyrənmə və ya inkişaf qüsurlarına səbəb olur.Pestisidlər ana südünə də keçə bilir.
#pestisidlər
Bakteriyalar antibiotiklərə qarşı necə müqavimət göstərir?Müqavimətədavamlı bir ştammın meydana gəlməsi üçün bakteriya onu öldürə bilməyən kiçik dozalı antibiotiklə uzun müddət təmasda olmalıdır.
#WorldAMRAwarenessWeek
Bu həftə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Antimikrobiyal Müqavimət kampaniyası həyata keçirilir.
Ətraflı:https://t.co/6U92XUaaWH
#WorldAMRAwarenessWeek
17 Noyabr Haykinq Günüdür. Haykinq həm fit qalmağınıza, həm də təbiətlə dərin əlaqə yaratmağınıza kömək edir. Həqiqətən də, yürüyüş ürək xəstəliyi, insult, yüksək qan təzyiqi, yüksək xolesterin və s. riskini azaltmağa kömək edir.
#Haykinq
Saat fərqi nəticəsində yaranan yuxusuzluq
Bu, insanın normal gündəlik ritmləri ilə yeni vaxt qurşağı arasındakı uyğunsuzluqdan qaynaqlanır. Səyahət etməzdən bir neçə gün əvvəl bədəninizin təbii saatını təyinat yerinizdəki saat qurşağına uyğunlaşdırmağa başlaya bilərsiniz. #jetlag
#7Noyabr#KörpələrinMüdafiəsiGünü qeyd olunur.Bu günün məqsədi yeni doğulmuş körpələrin qorunması yolları haqqında məlumatlılığın artırılmasıdır.Bu gün vasitəsilə körpələri qorumaq və onlara qulluq etməyin,hər bir uşağın təhlükəsiz mühitdə böyüməsinin vacibliyi vurğulanır.
Bilirsiniz?
-Vitamin D əslində genlərimizlə qarşılıqlı əlaqədə olan steroid hormonudur və əsasən günəş işığından əldə edilir.
-D vitamininin normal səviyyədə olması xərçəng riskini 75%-ə qədər azalda bilər.
D vitamini səviyyənizi mütəmadi olaraq yoxlamağı prioritet edin.#VitaminD
2 noyabr Ümumdünya Vitamin D Günüdür. Bu günün məqsədi qapalı yerlərdə işləmək və dincəlmək səbəbindən son vaxtlar qlobal sağlamlıq böhranı olan D vitamini çatışmazlığı barədə məlumatlılığı artırmaqdır.
#ÜmumdünyaVitaminDGünü
Talassemiya necə müalicə olunur?
Talassemiya nə qədər ağır olarsa, anemiya bir o qədər ağır olur. Anemiyanı müalicə etməyin bir yolu qanköçürmədir. Çox vaxt talassemiyalı insanlara anemiyanı müalicə etmək üçün fol turşusu kimi tanınan əlavə B vitamini təyin edilir.
Talassemiya zamanı hansı simptomlar ola bilər?Daha az qırmızı qan hüceyrəsi olduğundan,anemiya əlamətləri ola bilər və özünüzü yorğun və zəif hiss edə bilərsiniz.Həmçinin başgicəllənmə,nəfəs darlığı,sürətli ürək döyüntüsü,baş ağrısı,konsentrasiyada çətinlik,solğun dəri ola bilər.
Talassemiya xəstəsi olduğumu necə bilə bilərəm?
Talassemiyanın ağır formaları olan insanlar anemiya əlamətlərinə malik olduqları üçün onların vəziyyətini uşaqlıqda öyrənirlər.Daha az ağır formaları olan insanlar bunu anemiya əlamətlərinə görə edilən qan testində öyrənə bilərlər.