@gunaai Sadəcə maraqlıdır ki, bir qrup insanların seçimi və ya həyat tərzi bizi niyə qıcıq etməlidir? O zaman belə çıxır ki, xəstə adamlarıq biz ya da cahil bir kütlə.
@HesenlyH Ay kofe enerji mənbəyidir nə bilim nə, boş şeylərdi əslində. Kofein sadəcə müvəqqəti olaraq yorğunluğu maskalayır, amma əsl enerjini keyfiyyətli yuxu, düzgün qidalanma və su balansından alırıq. Həyatı zövqə görə yaşaya bilməkdir əsl xoşbəxtlik
@HesenlyH Belə mesaja aldansam da aldanmış saymaram özümü. Çünki 15 manat insanı yoxsul etməz, amma şübhə ilə yanaşıb və ya doğrudan da köməyə ehtiyacı olan birinə yox deyib sonra o vicdan yükünü özümlə daşımaq daha ağır gələr mənə.
Təhsil almaq hüququ ilə inanc azadlığı bir-birinə alternativ deyil, paralel inkişaf etməli olan fundamental insan haqqıdır. Şagirdi "ya inancından, ya da təhsildən imtina et" dilemmasında saxlamaq fəlsəfi baxımdan f��rdin azad seçim imkanını daraltmaqdır.
Təhsil, İnanc və İdrak:
Müəllimin müraciətində insanpərvər və səmimi bir qayğı hissi görünür: məqsəd gənc nəslin təhsildən uzaq düşməməsi və cəmiyyətin işıqlı gələcəyidir.
Məntiqi xəta: Qadının təhsil alması ilə onun mənəvi/dini dəyərlərini yaşaması bir-birini inkar edən (mutually exclusive) anlayışlar deyildir. Biri daxili və mənəvi kimliyin, digəri isə fərdi və sosial inkişafın təzahürüdür.