Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin iyun ayında imzaladığı Fərmanla #investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin sayı 17-yə çatdırılıb. Bununla da xüsusilə kənd təsərrüfatı, aqrar istehsal və emal, İKT üzrə sənaye məhsullarının istehsalı sahələrində yeni investisiya imkanları yaradılıb.
Ətraflı - https://t.co/SMZAT9yqGC
#KOBİA #İnvestisiyaTəşviqiSənədi
Sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) #Qarabağ və #ŞərqiZəngəzur iqtisadi rayonlarındakı #xidmət şəbəkəsinə müraciət etməklə bölgənin #investisiya imkanları, #biznes layihələrinin reallaşdırılması üçün güzəştlər və təşviq mexanizmləri barədə dəstək ala bilərlər.
Ətraflı - https://t.co/V3MbiXh1mb
#KOBİA
Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada Bakı şəhəri və regionlar üzrə 800-dən çox şəxs iştirak edib.
Ətraflı - https://t.co/Zj3f0ckdpd
#KOBİA
#Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. RIYADA və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri arasında görüşdə iki ölkənin #KOB siyasətinə və dəstək mexanizmlərinə, eləcə də əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ətraflı - https://t.co/d7Tk1s0BI7
#KOBİA
27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.
Ətraflı - https://t.co/5NCyT90r4w
#KOBİA
Sahibkarlar 23 fəaliyyət növü üzrə #lisenziya almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. #Bakı, #Gəncə, #Xaçmaz, #Yevlax və #Şuşa şəhərlərində fəaliyyət göstərən #KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib.
Ətraflı - https://t.co/Y5dAnjub4l
#KOBİA #KOBEvi #Xidmət
Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “#KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.
Tədbirdə ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları təmsil ediblər.
Ətraflı - https://t.co/bPeJxJsMFK
#KOBİA
Vergi güzəştləri yerli startapların ilkin mərhələdə inkişafını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirir. KOBİA-nın təqdim etdiyi “Startap” şəhadətnaməsindən faydalanan “InnMedia” xarici akselerasiya proqramlarına qatılıb, bir neçə xarici investordan investisiya cəlb edib, Çinin texnologiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Ətraflı - https://t.co/uJi3OvBv0z
#KOBİA #Startap #StartapŞəhadətnaməsi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.
Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta #sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.
Ətraflı - https://t.co/JwMxmTgcmE
#KOBİA
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirilən “#Qarabağ#KOB-ları” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. #Bakı və #Gəncə şəhərləri, #Abşeron, #Şəmkir və #Füzuli rayonlarından təlimlərə cəlb olunmuş şəhid ailələrinin üzvlərindən, müharibə veteranları və ya onların ailə üzvlərindən ibarət 55 nəfərə təlimləri uğurla tamamladıqlarına dair sertifikatlar təqdim edilib.
Növbəti mərhələdə iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.
Ətraflı - https://t.co/2QqJHGj5on
#KOBİA #QarabağKOBları
#KOBİA-nın təşkilatçılığı ilə icra olunan '#Qarabağ KOB-ları' layihəsi üzrə şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərindən daha 55 nəfər peşə təlimlərini başa vurub. Onların müvafiq avadanlıqlarla təmin edilməsi,#KOB-ların yaradılması nəzərdə tutulur.💫
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı KOB İnkişaf Mərkəzi (Bakı KOBİM) tərəfindən Bakı şəhəri, eləcə də ətraf rayonlarda #sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya #biznes ideyasını reallaşdırmaq istəyən şəxslərə müxtəlif istiqamətlər üzrə məsləhət xidmətləri göstərilir.
Ətraflı - https://t.co/ieoTk8weV1
#KOBİA #KOBİM #KOBİnkişafMərkəzi
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə 2029-cu il yanvarın 1-dək strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir.
Sahibkarlar strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya KOB evlərinə (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) müraciət edə bilərlər.
Ətraflı - https://t.co/Q0tHOswMCr
📣 Sentyabr ayında KOBİA-nın təşkilatçılığı ilə sahibkarlar üçün aşağıdakı mövzularda sahəvi və maarifləndirici görüşlər təşkil olunacaq:
✅Startapların və KOB subyektlərinin dövlət qeydiyyatı sahəsində yeniliklər
✅Logistika
✅Meyvəçilik və üzümçülük
✅Kənd təsərrüfatının inkişafı və dövlət dəstəyi mexanizmləri
✅Özünüməşğulluq proqramı
✅İcbari tibbi sığorta
✅Bitkiçilik
✅Qadınların məşğulluğunun dəstəklənməsi
✅Dövlət dəstək mexanizmləri
✅Heyvandarlıq
✅Əməyin tə��kili
📍Görüşlər Bakı, Şirvan, Ağcabədi, Yevlax, Ağstafa, Balakən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qax və Qubada keçiriləcək.
Görüşlərdə aidiyyəti dövlət qurumları və biznes strukturlarının mütəxəssisləri müvafiq sahələrdə mövcud vəziyyət və imkanlar barədə məlumat verəcək, sahibkarların suallarını cavablandıracaqdır.
Ətraflı - https://t.co/IH6kpOHpHY
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların onlayn qəbulu keçirilib.
Qəbul zamanı #Astara, #Lənkəran, #Lerik və #Cəlilabad rayonlarından olan sahibkarların kənd qonaq evinin genişləndirilməsi, əkinçiliyin inkişafı, məişət avadanlıqlarının təmiri müəssisəsinin fəaliyyətinin yaxşılaşdırılması, güzəştli kreditlərin əldə edilməsi və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub, sualları cavablandırılıb.
Ətraflı - https://t.co/cXsSFyxtaJ
#KOBİA #VətəndaşQəbulu #Sahibkar
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Nəticədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 #KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə #innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad ediliblər.
Ətraflı - https://t.co/13tv05eOuY
#KOBİA #StartapŞəhadətnaməsi #Startap
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:
✅dəri ayaqqabıların istehsalı;
✅perlit tərkibli inşaat məhsulları istehsalı;
✅dializ aparatı üçün filtr istehsalı;
✅məişət avadanlıqlarının yığımı;
✅saxsı (keramik) sanitar məmulatlar istehsalı;
✅vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi);
✅Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar tələbatının qiymətləndirilməsi;
✅3D printer və 3D çap materiallarının istehsal perspektivləri;
✅su təmizləmə və filtr sistemlərinin yerli istehsalının yaradılması imkanları;
✅elektron tullantıların təkrar emalı müəssisələrinin yaradılması perspektivləri.
Ətraflı - https://t.co/Yl0h2w9YW5
'Marsol Group'un təşkilatçılığı ilə sahibkarlarla səhər yeməyində bir araya gəldik. Görüşdə biznesin inkişafı və sahibkarların aktual məsələlərini müzakirə etdik. Belə görüşlər dövlət–özəl sektor əməkdaşlığının güclənməsi, yeni təşəbbüslərin formalaşması üçün əhəmiyyətlidir.☀️🫱🏼🫲🏾