“Fənərbaxça” Turan Tovuza qarşı hazırlıq matçında ikinci qolunu 74-cü dəqiqədə vurdu. Çağrı Balta fərqi 2:0-a çatdıraraq komandasının qələbəsini möhkəmləndirdi.
#fenerbahçe#turantovuz#futbol
Badamdar qəsəbəsinin Buta küçəsində yüksək gərginlik xətlərinin altında yerləşən ərazidə tikinti aparılması narazılığa səbəb olub.
https://t.co/2v4aSJPif5 Baku TV-yə istinadən xəbər verir ki, sakin Faiq İbrahimov ərazidəki yaşıllıqların məhv edilərək obyekt tikildiyini bildirib.
Turan Tovuzla oyunda Nqolo Kante uzaq məsafədən dəqiq zərbə ilə topu tora göndərərək Fənərbaxçanı hesabda önə keçirdi.
🇦🇿 Turan Tovuz 0:1 Fənərbaxça 🇹🇷
#fenerbahçe#turantovuz#football
Fransada tələbə və lisey şagirdlərinin etirazları ölkənin müxtəlif şəhərlərində gərginliklə müşayiət olunur.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 2-də 1 747 nəfər saxlanılıb və bazar ertəsindən etibarən saxlanılanların ümumi sayı 5 mini keçib.
#france
Bu gün Suqovuşan və Talış kəndlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 6 il ötür. Ərazilər 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu tərəfindən azad edilib.
#qarabağ#azərbaycan#suqovuşan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
#prezident#i̇lhaməliyev#sonxeber
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı hərbi rütbəsi verib. Qərarı Rosqvardiyanın rəhbəri Viktor Zolotov Qroznıda keçirilən mərasimdə açıqlayıb.
Zolotov Kadırova yeni rütbəyə uyğun paqonları və qırmızı bereti təqdim edib.
#putin#russia
Yağış zamanı suyun içində qalan siçan ağaca dırmaşaraq sudan uzaqlaşmağa çalışıb. Onun ağacın gövdəsinə qalxdığı anlar kameraya düşüb.
#xeberler#yağış#leysan
Ötən gecə Türkiyə millisi Belçika yığması ilə qarşılaşıb.
Oyun UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupu çərçivəsində keçirilib. 3 turun matçında Belçika 3:0 hesablı qələbə qazanıb.
#xeber#xeberler#sonxeber
Qubanın yüksək dağlıq ərazilərində yerləşən Xınalıq, Haput və Qalaxudat kəndlərinə qar yağıb. Yerli görüntülərə əsasən, kəndlərdə qar örtüyü yaranıb.
Xınalıq kəndində qarın qalınlığı 9–10 santimetrə çatıb və qar yağışı davam edir.
#qar#quba#xınalıq
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı dünyadakı münaqişələrə toxunub.
“Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına”, – deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında əməkhaqqı, pensiya və sosial müavinətlərlə bağlı açıqlama verib.
Dövlət başçısı bildirib ki, gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
#ilhaməliyev#pensiya#əməkhaqqı
“Turan Tovuz” “Fənərbağça” heyətinin şərəfinə şam yeməyi təşkil edib. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tədbirdə çıxış edib.
Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
#fenerbahçe#xeberler
Yoldaşlıq oyununda “Turan Tovuz”la qarşılaşacaq “Fənərbağça” komandası Bakıya gəlib. Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıb. Fanatlar baş məşqçi İsmail Kartalın adını çəkərək şüarlar səsləndirib və komandaya dəstək nümayiş etdiriblər.
#fenerbahçe#futbol
1993-cü il fevralın 23-də Bakıda anadan olan Muxtar Qasımlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Fitnes üzrə Azərbaycan çempionu olan şəhidimiz 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Müğənni Röya Ayxan yeni mahnısını kliplə birlikdə təqdim edib.
“Baldır Yar” adlı mahnının musiqisi İsmail Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjimanı isə Vüsal Həsənova
#roya#baldıryar#şoubiznes