Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) fəal üzvlərindən olan “Tabaterra” MMC "Dövlət-özəl dialoqunun inkişafına verdiyi dəstəyə görə" ASK-nın xüsusi Fəxri Fərmanı ilə təltif olunub.
Mükafatı ASK-nın Baş katibi Ziya Hacılı şirkətin direktoru Elman Cavanşirə təqdim edib.
Görüş zamanı Baş katib Ziya Hacılı ASK-nın fəaliyyəti haqqında məlumat verərək, göstərdikləri dəstəyə görə şirkətə minnətdarlığını bildirib. Öz növbəsində, şirkətin direktoru Elman Cavanşir Ağdam Sənaye Parkında yerləşən “Tabaterra” MMC-nin fəaliyyəti və müasir istehsal prosesi haqqında ətraflı məlumatları diqqətə çatdırıb.
Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və yeni ortaq imkanlar müzakirə edilib.
#ASK #sahibkarlar #Sahibkarlarlıq #Tabaterra #DövlətÖzəlDialoqu #AğdamSənayeParkı #Biznes #Əməkdaşlıq #Yerliİstehsal
🔹 Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişdə əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə də mühüm öhdəliklər əksini tapır.
➡️ https://t.co/4lmZr62sPA
#ƏƏSMN #NK #AHİK #ASK
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə aqrar sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi və sektorun gələcək inkişaf perspektivləri müzakirə olunub. Aaqrar sahənin modernləşdirilməsi, innovativ texnologiyalar, investisiya imkanları və sahibkarların təklifləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ASK-ın təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Ətraflı: https://t.co/ClVajDwdaR
@agrogovaz
#ASK #sahibkarlar #KəndTəsərrüfatı #AqrarSektor #DövlətÖzəlTərəfdaşlığı #Agriculture #Azərbaycan #İnnovasiya #Aqrarİnkişaf #FoodSecurity #Agro #Fermer #İxrac #Rəqəmsallaşma
Bakı Ekspo Mərkəzində keçirilən Caspian Agro Week sərgisi çərçivəsində təşkil olunan “III Beynəlxalq Aqrar İnnovasiya Forumu” panel müzakirələri ilə davam edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılı Forumun ikinci hissəsində “Aqrar sektorda yerli istehsalın təşviqi və bazar imkanları” mövzusuna həsr olunan paneldə məruzəçi qismində iştirak edib.
Panel çərçivəsində yerli istehsalın inkişaf perspektivləri, bazar imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrar biznes mühitinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
#CaspianAgroWeek #Aqrarİnnovasiya #AqrarSektor #KəndTəsərrüfatı #Yerliİstehsal #AgroBusiness #Innovation #Agriculture #BakuExpoCenter #ASK #Sahibkarlar #Forum #AgroInnovation #Azərbaycan #BiznesMühiti
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib.
https://t.co/rppsxp95Uo
ASK və Antiinhisar Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalandı.
Məqsəd: daha güclü və rəqabətli biznes mühiti.
#ASK#Biznes#Sahibkarlar#Əməkdaşlıq
Women’s Entrepreneurship Summit 2025-də qadınların liderlik rolunu müzakirə etdik.
🇦🇿 Rəqəmlər güclü mesaj verir:
341.7K qadın sahibkar
32K qadın təsisçi
27.5K qadın rəhbər
Qadınlar biznesin ritmini dəyişir və davamlı inkişafın əsas aparıcı qüvvəsinə çevrilir.
#WomenInBusiness
Azərbaycan #Sahibkarlar Konfederasiyası (#ASK), nüfuzlu biznes tərəfdaşları ilə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində R Group Holding rəhbərliyi ilə məhsuldar görüş keçirdi.
Görüş zamanı birgə layihələrin işlənməsi, dövlət–özəl dialoqunun daha da inkişaf etdirilməsi və ASK komissiyalarında qaldırılan məsələlərin müzakirəsi ətrafında geniş fikir mübadiləsi aparıldı.
R Group Holding peşəkar komandası, yüksək korporativ idarəetmə standartları və uğurlu biznes təcrübəsi ilə seçilir. Şirkətin ixrac potensialının gücləndirilməsinə verdiyi töhfə, regionlarda investisiya layihələrinə göstərdiyi dəstək və sahibkarlığın inkişafına yönəlmiş fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
ASK olaraq əminik ki, bu əməkdaşlıq çərçivəsində daha böyük layihələrə imza ataraq, ölkəmizin iqtisadi inkişafına, sahibkarlığın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaradılmasına mühüm töhfələr verəcəyik.
Avqustun 1-də #MÜSİAD-ın #Mersin nümayəndəliyinin sədri Mehmet Sait Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan #Sahibkarlar Konfederasiyasının (#ASK) qonağı olublar. Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, sənaye mərkəzləri və təşviq alətləri haqqında geniş məlumat verilib. İş adamları, Azərbaycanda xüsusil�� #Qarabağ və #Ələt Azad İqtisadi Zonası kimi əhəmiyyətli regionlarda investisiya imkanlarını araşdırıblar və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.
@MUSIADMersin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (#AHİK) və Azərbaycan #Sahibkarlar Konfederasiyasının (#ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.
Ətraflı: https://t.co/fBW8Mjpjsb
“Sahibkarlar günü”nə və “#Konstitusiya və #Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən Konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciət ünvanlandı.
Ətraflı: https://t.co/06Rn5fHFCw
#SahibkarlarG��nü #ask #sahibkarlar
@TC_BakuBE@Birol_Akgun Dear Ambassador, dear professor @Birol_Akgun , thank you for a very warm welcome, and for the insightful discussion, which also touched upon the allied relations between Lithuania and Türkiye. I am looking forward to the cooperation between our Missions
Türk Ticaret ve Sanayi Odaları Birliği Genel Kurulu’nu Bakü’de gerçekleştirdik.
Başkanlığı Azerbaycan Sahipkarlar Konfederasyonu Başkanı kardeşim Mehmet Musayev’e devrettim.
Genel Kurul kararıyla onursal başkanlığına seçildim.
Sərnişin təyyarəmizin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara uca Allahdan şəfa diləyirik.
Allah rəhmət eləsin!