Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin X sosial şəbəkəsində rəsmi səhifəsi
30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində regionun ən böyük innovasiya tədbirlərindən biri olan #INMerge İnnovasiya Sammiti keçiriləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (#4SİM) “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən sammitin artıq 4-cü ildir ki, əsas tərəfdaşıdır.
Sammitin çərçivəsində 4SİM tərəfindən “İqtisadiyyatın yeni dövrü” (New Age of Economy) adlı xüsusi proqram təşkil ediləcək. Proqram çərçivəsində 6 müxtəlif sessiyanın keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasının Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Ətraflı - https://t.co/AlrZ8wHsYs
#EconomyAz
4SİM-in təşkilatçılığı ilə dekabrın 2-də süni intellekt agentlərinin sənayedə tətbiqinə həsr olunmuş “Sənaye 4.0 Hakaton” yarışması keçiriləcək. Tədbirin əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə sənaye müəssisələrinin real biznes problemlərinə innovativ həllərin hazırlanmasını təşviq etməkdir.
Ətraflı - https://t.co/3EJbQ6Tx27
#4sim #hackathon #industry4
4SİM-in strateji tərəfdaşlığı ilə “II Süni İntellekt Zirvəsi” (AI Summit 2026) tədbiri keçirilib. Zirvənin əsas məqsədi süni intellektin biznes mühitinə inteqrasiyasını təşviq etmək və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verməkdir.
Ətraflı - https://t.co/kBvGr1xC8k
#4sim #c4irAzerbaijan #aisummit26
4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyən tələbə və yeni məzunları 3 aylıq təcrübə proqramına müraciət etməyə dəvət edir.
Ətraflı - https://t.co/a6OSaHzJWU
#4sim#c4irAzerbaijan
4SİM və Türkiyənin “MEXT Texnologiya Mərkəzi” tərəfindən sənaye müəssisələrinin transformasiyasına həsr olunmuş “Digital Impact 2026” tədbiri keçirilib.
Ətraflı - https://t.co/CfYWZyUpBj
#4sim#c4irAzerbaijan#industry4az
4SİM və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən "AI for Engineers" proqramı çərçivəsində 30 iştirakçı proqram mühəndisliyində süni intellekt texnologiyalarının praktiki tətbiqi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcək.
Ətraflı - https://t.co/7u8oFwTbUC
#4sim #4siakademiyası #ai4engineers
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biri olan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2027-ci il üçün müraciətlərin qəbuluna başlanılıb.
Qoşulmaq üçün https://t.co/CvWE1SGMWU saytından müraciət edin!
#4sim #industry4az
“4Sİ Akademiyası – Milli Proqram”ın növbəti mərhələsi çərçivəsində 4 mindən çox yeni istifadəçi “Coursera” platformasında beynəlxalq təlimlərə qoşulub. İyun ayından etibarən proqramın yeni fazası üzrə 12 min vətəndaş 32 mindən çox təlimi uğurla tamamlayıb.
Ətraflı - https://t.co/QXtOhMoWtB
#4sim #milliproqram
Dünya İqtisadi Forumu (@wef) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın rəqəmsal ticarət ekosisteminin inkişaf imkanlarına dair “Azərbaycanın TradeTech potensialının reallaşdırılması” adlı hesabat dərc olunub.
Ətraflı - https://t.co/tsvrvWslFt
#4sim #c4irAzerbaijan #tradetech