Universitetə girə bilməyənlərlə, girənlər eyni dərəcədə bədbəxtdilər.
4 il əvvəl ChatGPT və digər Heyvərə Dil Modelləri yox idi. 4 il əvvəl chatdan soruş sözü yox idi. Bir çox adam AI sözünü a və L kimi oxuyurdu.
Bir neft şirkətinin 5 işçisinin dənizdə həlak olması tragediyadır. Nüfüza ziyandır. Maddi ziyanları da böyükdür. Həmçinin sosial təzyiq də yaradır. Səhmlər düşür və s.
5 robot isə sadəcə bu aylıq əlavə xərcdir və heç kimin vecinə deyil.
Süni intellekt inkişaf edir. İşlər azalır. Rəqabət çoxalır. Həmçinin işçilər daha produktiv hala gəlirlər. Amma sən yenə də iş yoldaşınla daha çox vaxt keçirirsən nəinki öz ailənlə.
Təşəkkürlər, Kapitalizm.
Təşəkkürlər, Sənaye inqilabı.
23:00 - 07:00 | 8 saat yuxu
07:00 - 08:00 | 1 saat hazırlaşma
08:00 - 09:00 | 1 saat yol
09:00 - 18:00 | 9 saat iş
18:00 - 19:00 | 1 saat yol
19:00 - 23:00 | 4 saat evdə
Lap nəzərə alaq ki, 8 yox 7 saat yatdız və hazırlaşmaq üçün vaxtı da evdə olan vaxt kimi götürdüz. Yenə də ümumi maksimum 6 saat evdə olursuz. İş üçün isə yol ilə birlikdə 9-11 saat vaxtınız gedir.
Necə ki, məktədə, universitetdə orda-burda bir-birimizə fərd olaraq yanaşa bilmirik. Korporativ mühitdə də fərd kimi yox, filankəsin işçiləri kimi yanaşmaq olmayan yerdən problemlər yaradır.
Bir çox şirkətin produktivliyinə təsir edən ən böyük amil xanlıqlar dövründən millətimizin canına hopmuş yerlibazlığın korporativ versiyası olan şöbəbazlıqdı.
X şöbəsindən kimsə Y şöbəsindən kiməsə qarşı nəsə səhv edibsə, Y şöbəsi X şöbəsinin bütün işçilərinə düşmən kəsilir.
"ChatGPT-5" OpenAI tərəfindən yaradılmış ən zəif performans göstərən LLM-dir.
Əvvəlki modellərdə tək bir prompt ilə asanlıqla həll olunan məsələlər, eyni prompt ilə GPT-5-də uğurla yerinə yetirilmir...
Yeni taxi sifariş etmişəm. Saat 22:00-da çatmışam. 40 dəqiqəm yola çıxanda benzininə baxmayan sürücüyə görə getdi.
Hələ mən deyirəm gedişi bitir ki, mən yenisini sifariş edə bilim. Üstümə qışqırır ki, gözlə görək saxlayıb benzin verən olar 😂
Dostuma demişəm saat 21:00-da olacam görüş yerimizdə.
Saat 21:00-da oturdum Taxiyə. Dostuma çatma müddətini atdım. 20 dəqiqə var idi. Dedim, 20 dəqiqəyə ordayam.
Dərnəgül yolunda körpünün üstündə benzin qurtardı. Qaldım yolda. Piyada körpüdən düşmüşəm.