Ermənistan hökümət evinin qarşısına indi də Qarabağda hərbi xidmətdə olan gənclərinin yaxınları toplaşıb. Onlar evladlarını dərhal Qarabağdan geri qaytarılmasını və xidmətlərini Ermənistanda davam etməklərini tələb edirlər.
Gürcüstanda yeni ilədək sərt karantin rejimi elan edilib. Şəhərlər arası sərnişin daşımaları qadağan olunub. Restoran və kafelər ancaq çatdırma rejimində işləyə bilər.Dekabrın 24-dən yanvarın 2-dək bayramlarla bağlı bütün qadağalar müvəqqəti dayandırılacaq.
Etmənistanın Şəhiyə naziri Torosyan deyib ki, bu gün axşama olan məlumata görə, 2660 meyit və bədən hissələrinin ekspertizası keçirilib.Torosyan:"Bu rəqəm dəqiq deyil.Proses davam edir. Təəssüflə qeyd edim ki, birinci Arsax müharibəsindən sonra 100-lərlə itkin düşən olmuşdu".
Qazax rayonunun İcra başçısı Rəcəb Babaşov bəyan edib ki, "Qazaxın düşmən tapdağı altında olan 7 kəndi - Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq".
Azərbaycan Ordusunun Qarabağ zəfəri ilə bağlı "Qələbə vaxtı" adı altında yeni saat kolleksiyası istehsal edib. Kolleksiyada işğaldan azad edilmiş hər rayonun şərəfinə fərqli qol saatları buraxılıb.
Sevindirici hal odur ki, saatlar əlçatan qiymətə, modelindən asılı olaraq 130-260
Ermənistan MN-i Vaqarşak Arutunyan bu gün Dağlıq Qarabağda Rusiya SM qüvvələrinin komandanı Rüstəm Muradovla görüşüb. Görüşdə əsir və itkin düşən əsgərlərin tez bir zamanda tapılmasının vacibliyi vurğulanıb.
İranın XİN-i öz Twitter hesabında İran alimi Möhsən Fəxrizafənin qətlə yetirilməsini təsdiqləyərək, bəyan edib ki, "Terrorçular bu gün görkəmli bir İran alimini öldürdülər.
İran İnqlabının Keşikçılərinə məxsus Teleqram kanal, suiqəst nəticəsində, İranın nüvə və raket texnologiyaları üzrə alim Möhsən Fəxrizadənin qətlə yetirildiyini yazıb.
Maraqlıdır ki, rəsmi Tehran bu məlumatı təkzib edir.
https://t.co/pgRD1wPEC6
Kəlbəcərin “Zod” qızıl mədənində çalışan və bu gün erməni polisi tərəfdən iş yerinə buraxılmayan sakinlər etiraz aksiyası keçiriblər. Deyirlər ki, mədən Azərbaycana keçsə, yerli sakinlər acından öləcək.
Erməni polisi və hərbçiləri Kəlbəcərin “Zod” qızıl mədənində çalışan erməni işçılərini əraziyə buraxmayıblar. Bunu Azərbaycan tərəfi ilə mədənin aqibəti haqda gedən danışıqlarla izah ediblər.
Paşikin, bu gün 42 milyon dollarlıq dəmir-dümür aldırmağda ittiham etdiyi Movses Akopyan, cavab olaraq deyib ki, "Paşinyanın psixiki pozuntuları var. O heç təssəvür etmir ordu nədi, müharibə nədi, harda nə baş verdiyindən də xəbəri yoxdu".
Qəhrəman "Azərsu" əməkdaşlaranın şücaəti nəticəsində mina təhlükəsi olan ərazilərə baxmayaraq, təmir-bərpa işləri sürətlə aparılaraq, Şuşanın bir hissəsinə içməli suyun verilməsi bərpa edilib.