Ermənistan hökuməti Azərbaycandan torpaq iddiası və status tələb etməkdən əl çəkinməlidir. Azərbaycanla sülh müqaviləsi imzalamalı, mehriban qonşuluq münasibətləri qurmalıdır. Heç bir ölkənin köməyinə arxalanmamalı, Azərbaycanla üz-üzə gəlməməlidir.
Ermənistan dövləti bəyan edir ki, sülh imzalamağa hazırdırlar, amma yenə də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə status verilməsini istəyirlər. Düşünürlər ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ Ermənistan torpağıdır.
Ermənistan hökuməti bunu anlamalıdır ki, Azərbaycanda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquqları Azərbaycan konstitusiyasına görə qorunacaq.
Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.
@AzerbaijanMFA
https://t.co/xddnoQxUoc