Milyonlarca Azerbaycan Türkünün duasını ve desteğini alan @MensimovMubariz daha önce yanında çalışan birkaç husumetli kişinin iftiralarıyla tutuklanmıştır.Bu haksızlığa son vererek milyonlarca insanı sevindirmenizi talep ediyoruz
#FreeMubarizMansimov#MübarizMansimoviçinadalet
Rusiyadan Vətənə qayıdıb, savaşa könüllü gedib, ağır yaralanmış Əli Əliyevin qan donduran tarixçəsini mütləq oxuyun: https://t.co/LabQM8FY75
İgid qazilərimiz və onların fədakar ailələri belə münasibəti qətiyyən haqq etmirlər. Dövlət zəhmət çəkib qazisinə sahib çıxmalıdır.
Bizim haqlı, xalqın mənafeyindən doğan tənqidlərimizə cavab verməyə arqument tapmayan iqtidar təmsilçiləri bizi açıq şərləməyə başlayıb. Mənim adımdan saxta plakat hazırlayıblar ki, guya Türkiyənin Milliyətçi Hərəkat Partiyasının Şuşada məktəb tikdirməsinə qarşı fikir demişəm.
Bir tərəfdə igid qazimizin və onu yoxsuluqla böyütmüş ananın harayı, digər tərəfdə isə Mərkəzi Banka 450 milyon manata yeni bina tikməyə hazırlaşanların gözü ayağının altını görməyən özündən razı halı...
Bu fədakar qazi anasının müraciətini emosiyasız oxumaq mümkün deyil.
Buyurun, Əbülfəz Elçibəyin özünü dinləyin. 1992-ci ilin martında Şuşanın işğalına həftələr qalmış AXC sədri Milli Məclisdəki Ayaz Mütəllibov tərəfdarı olan çoxluğu inandırmağa çalışır ki, bu şəraitdə prezident seçkisi keçirməyin. O məşhur proqnozunu da bu çıxışında deyib.
Qalib xalqa zərbə ardınca zərbə gəlir. Mərkəzi Bank üçün bu yeni bina xalqımıza 400 milyon manatdan da (218 milyon avro) artığa başa gələcək. Benzin və dizel yancağının artırılması da hər il əhaliyə 400 milyon manata başa gələcək.
Ancaq hər halda əldə olunan kiçik nəticə də göstərir ki, çıxış yolu səssizcə dözmək yox, haqqımız olanı uca səslə tələb etməkdir. Qarşıdan gələn ildə də şəhid ailələrinin, qazi və veteranlarımızın sosial problemlərinin layiqli şəkildə həlli üçün hamımız birlikdə çalışmalıyıq.
İctimai etirazlar kiçik də olsa, daha bir nəticə verdi. "Şəhid ailələri, qazi və veteranlara verilən təqaüdlər artırılsın" tələbinə hökumət sona qədər biganə qala bilmədi. Təqaüdlər az da olsa, artırıldı.