♐ Oxatan, həyatı yaşayaraq öyrənirsən. Heç kimin sözü sənin üçün önəmli deyil. Azad ruhunu qısıtlayan, yaşamağı bacarmayan insanlara şans verib vaxtını hədər etmə.
♓ Balıq, sən hər kəsin içini görə bilərsən. Hisslərin çox güclüdür. Birini anlamağın üçün sözlərə ehtiyac olmur. Özün də qarşında olandan bunu istəyirsən. Hisslərini dilə gətirməyi bil və heç kimə görə özünü dəyərsiz görmə. İstədiyin xoşbəxtliyi yaşayacaq və yaşadacaq birisən.
♒ Dolça, özünəməxsus tərzin var. Həyat tərzinə, fikirlərinə hamı ayaq uydira bilmir. İçindəki dünyanı kəşf et, qəbullan və özünü sev. Özünü olmadığın biri kimi göstərsən, kölgədə qalsan, xoşbəxtliyi tapmaq da çətin olacaq. Səni olduğun kimi görə bilməyən ilə vaxtını itirmə.
♑ Oğlaq, sənin üçün hisslərini göstərmək çətin gələ bilər. Ancaq o demək deyil ki, onlara sahib deyilsən. Bəzən sevgini deməsən də dərindən yaşayırsan. Bunları görə bilən biri səni dərindən kəşf edə bilər. Layiq olan insanı necə xoşbəxt edəcəyini də çox yaxşı bilirsən.
♏ Əqrəb, duyğularını necə yaşayacağını çox yaxşı bilirsən. Hisslərini qəti gizlətmə. Sənə ayaq uydurmaq elədə asan deyil. Baxışlarındakı dərinliyi anlayan insanı hiss edəcəksən. Özünü olduğun kimi qəbul et və dəyərli olduğunu unutma. Heç kimin sahibi olmadığı hisslərə sahibsən.
♎ Tərəzi, özünü rahat ifadə etməyi bilməlisən. Qarşındakı insanı xoşbəxt etmək üçün özünü geri planda tutma. Nə qədər özünü arxada saxlasan, o qədər də xoşbəxt olmaq sənə çətin olacaq. Unutma, bəzən xoşbəxt olmaq üçün başqalarını xoşbəxt etməyə məcbur deyilsən.
♍ Qız, birini asanlıqla həyatına qəbul etmirsən. Bunun üçün əlbət ki, səbəblərin var. Ancaq birinə şans verdinsə, o demək deyil ki, hər halına dözməlisən. Unutma, sevilmək üçün qarşındakına dünyaları getməyinə ehtiyac yoxdur. Varlığın bəs etməlidir.
♌ Şir, sənin üçün lazım olan dəyərini anlayan, sənin üçün hərşeyi edən birisinin olmasıdır. Ancaq dəyər görmək üçün özünü geri plana atıb fədakarlıqlar etmə. Səni həqiqətən istəyən insan, necə dəyərli hiss etdirəcəyini də biləcək. İçindəki işığı heç kimə görə söndürmə.
♋Xərçəng, bəlkə biraz da özünü sevəsən? Bütün sevgini qarşındakına elə verirsən ki, bəzən özünü əvəzedilməz hesab edir. Bu zaman da sən adiləşirsən. Sənin üçün ən yaxşısı lazım olduqda özünü hamıdan irəli qoya bilməkdir. Bunu mütləq yoxla, dəyərini daha yaxşı hiss edəcəksən.
♊Əkizlər, qərar verməyə tələsmə. Bugün ən yaxşısı hesab etdiyin sabah sənin üçün ən dözülməzi ola bilər. Səni qınamayacaq, sərhədləri və qadağaları ilə içindəki həyat eşqini öldürməyəcək birinə yönəl. Qızıl da olsa, qəfəs sənə görə deyil.
♉Buğa, münasibətə başlamaq sənin üçün asan deyil. Ancaq birinə şans vermisənsə, o demək deyil ki, hər halına dözməlisən. Hisslərini dilə gətir və lazım olarsa, dəyişməyi bacar. Bəzən sənin üçün ən xeyirlisi, heç ağlına gəlməyəndir #bürclər#buğa
♈Qoç, səbrsiz davranıb tez şans verə bilərsən. Sevgi sənin üçün xoşbəxtlik deməkdir. Qarşındakı insanla həyatı bikkdə hiss etmək istəyirsən. Ancaq bunu hamı anlamır. Cəsarətli olduğun qədər, tədbirli də olsan incidilmədən xoşbəxt olmağı bacaracaqsan.
Sizi bilmirəm amma mən peşmanlıq hissi keçirən, utana bilən insanları çox sevirəm. Utanmaz insan nə qədər dəyərsizdisə, utancaq biri o qədər dəyərlidir.