Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (@azstandart) tərəfindən əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət #standart-ları qəbul edilib
Yeni dövlət standartları fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir.
Ətraflı – https://t.co/Y1rM1IMolO
#Antiinhisar #CompetitionGovAz #Keyfiyyətİnfrastukturu #Azstand
Qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi #istehlakçı-ların məhsul barədə dolğun məlumat əldə etməsini təmin edən amillərdən biridir.
2026-cı ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin #istehlakbazarı-na nəzarət tədbirləri çərçivəsində 15 #sahibkarlıq subyekti tərəfindən idxal olunan 101 çeşiddə qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.
Görülən tədbirlər nəticəsində 11 sahibkarlıq subyekti tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digərləri ilə bağlı işlər davam etdirilir.
#Antiinhisar #CompetitionGovAz #İstehlakçıHüquqları
❓ Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən hansı qurumların akkreditasiyası məcburidir?
✅ Texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), onunla əlaqəli prosesin və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir.
#Antiinhisar #CompetitionGovAz #SualCavab #Keyfiyyətİnfrastukturu
Bu ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (@azstandart) tərəfindən 293 yeni #dövlətstandartı qəbul edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilən #standart-ların sayında 3 dəfəyədək artım qeydə alınıb.
Yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətini artırmağa kömək edir, qabaqcıl texnologiyaların tətbiqini təşviq edir və bazar subyektləri üçün rəqabət üstünlüyü yaradır.
#Antiinhisar #CompetitionGovAz #Azstand #Keyfiyyətİnfrastukturu
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə #media nümayəndələri üçün “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimin videoicmalı.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə #media nümayəndələri üçün “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimin videoicmalı.
#Antiinhisar #CompetitionGovAz #DövlətSatınalmaları
Müasir rəqəmsal həllər əsasında formalaşan #elektronsatınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır.
2026-cı ilin I yarımili ərzində keçirilmiş 3489 elektron #satınalma-nın məbləği 1,7 milyard manat təşkil edib. Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
#Antiinhisar #CompetitionGovAz #EtenderGovAz
15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbirin videoicmalı.
#Antiinhisar#CompetitionGovAz#İstehlakçıHüquqlarıGünü
Azərbaycan Respublikası Hesablama Palatası (@Sai_Azerbaijan) və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə bir sıra büdcə təşkilatlarının və publik hüquqi şəxslərin əməkdaşları üçün “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib.
Seminarda #satınalma proseslərində mövcud çağırışlar, qanunvericiliyin tətbiqi təcrübəsi, mümkün risklərin idarə olunması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə edilib.
Ətraflı – https://t.co/X7WOgEgMlb
#Antiinhisar #HesablamaPalatası #DövlətSatınalmaları
Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!