Bir əlin barmaqları qədər ədəbi jurnal buraxırlar, başlarına yekə daş düşür onun elektron variantını vaxtlı-vaxtında işləyələr. Ancaq TV-ə çıxıb köhnə palaz içi sökməklə, gic-gic ədəbi məslislərdə baş girləməklə gün keçirirlər...
Onlar xaşbaş, küftəağızdılar. Toylarda o qədər yeyərlər, gərək toy sahibi ət ehtiyatını +5kq artıq götürsün, hərgah onları xeyir işinə dəvət edərsə. Hüzr məclislərində, şəhid yaslarında 2 kasa bozbaşdan doymazlar. Qaz kəsilsə, işıq sönsə, harasa batsa gözə görünməzlər.
Sitat: “Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox...”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.