Bu yeddi rəqəmi həm də bu il bizim məktəbin bitirən 11-ci siniflərin sayıdır. Biz də düşündük ki, 7-ləri rəmzləşdirək. O baxımdan hər məzun sinfimizə rəmzi olaraq 7 müstəqil türk dövlətindən birinin adını verərək meydana səslədik.
Bu gün Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirinə qatılaraq məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı təbrik etdim.
İşğaldan azad olunmuş ərazilərimizdə ilk məzunların təhsilini başa vurması Böyük Qayıdışın ən dəyərli nəticələrindən biridir.