27 sentyabr–Vətən Müharibəsinin başlandığı, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən igidlərin xatirəsinin uca tutulduğu gündür. Bu tarix, yalnız bir savaşın başlanğıcı deyil, bir millətin öz haqqını, öz torpağını, öz şərəfini geri almaq üçün ayağa qalxdığı gündür.
Adları tarixə qızıl hərflərlə yazılan ŞƏHİDlər – uca bayrağın dalğalanması, torpağımızın azadlığı üçün canlarını verdilər. Hər biri bir dastan, hər biri bir zirvə oldular. Vətən torpağı ŞƏHİDlərimizin ayaq izləri ilə müqəddəs oldu.
Bəlkə də həyatın ən çətin məqamlarında bizə lazım olan tək şey budur: kiminsə gözlərimizin içinə baxıb "Hər şey yaxşı olacaq" deyə bilməsi...
Və bəzən də bizim eyni cəsarətlə başqalarına bunu deyə bilməyimiz.
Çünki bəzən yalnız inam,yalnız sözlər xilas edir...