"Şah əcdadlarının vəhşi tayfalar deyə istehza etdiyi Rusların müharibədə necə qalib gələ bildiyini bir tərəfdən düşünür, amma bu məğlubiyyətin tək hərb ilə kifayətləndiyini zənn edərək, sənətdə üstünlüyün hələ də onlarda olmasını sanıb Mənsuriyyə dinləyərək təskinlik tapırdı." 🙂
General Yermolov Şahın sarayında qonaq olarkən, belə görünür, İranın ənənəvi yüksək sənət musiqisi – dəstgah haqqında qeyd edir ki, ondan həzz almağı bacaran adam bir uzunqulağın anqırtısından da bir ahəng tapmağı bacara bilər 😄
On the morning of May 2, 1945, under Lt. Məcidov, soldiers of 416th Division raised the Soviet Red Banner over Brandenburg Gate, marking one of the pivotal victories of the Berlin operation, while one offspring of Enlightenment breathed his last, extinguished by force of another.
Bu ilin mayında bu kiçik qızın Moskvada keçirilən II Azərbaycan incəsənət ongünlüyünün bağlanış mərasimi zamanı Большой Teatrın səhnəsində oxuduğu və populyarlaşmasına səbəb olduğu "Cücələrim"in ifasının üzərindən 65 il keçmiş olacaq.
Teatrın balet ustası Konstantin Batashov şikayət məktubunda yazır ki, Moskvada keçiriləcək olan Azərbaycan mədəniyyəti günlərində ifa olunacaq balet tamaşasından Niyazi onu ona görə uzaqlaşdırmışdır ki:
"Bu Azərbaycan mədəniyyət günləridir, Bataşov isə azərbaycanlı deyil."
Niyazinin teatrda muğam və milli musiqini ön plana çıxarması Rusların ya Rusdillilərin Moskvaya, bizim Mərkəzi Komitəyə, Semichastny'a ünvanladığı imzasız məktublarda onun millətçi, despot, şovinist, "Hitlerdən sonra ikinci irqçi-sadist" kimi səciyyələndirilməsinə səbəb olmuşdu.

Bir əsr yarım sonra Vəli Axundovun I katib seçilməsinə paralel Azərbaycana II katib təyin edilmiş Sovet КГБ'sinin sabiq sədri Vladimir Semichastny da Bakıda opera və balet teatrında eşitmiş olduğu muğamdan otlaqlarda ifa olunan folklor musiqisi deyə bəhs edir 😄
Bir əsr yarım sonra Vəli Axundovun I katib seçilməsinə paralel Azərbaycana II katib təyin edilmiş Sovet КГБ'sinin sabiq sədri Vladimir Semichastny da Bakıda opera və balet teatrında eşitmiş olduğu muğamdan otlaqlarda ifa olunan folklor musiqisi deyə bəhs edir 😄
General Yermolov Şahın sarayında qonaq olarkən, belə görünür, İranın ənənəvi yüksək sənət musiqisi – dəstgah haqqında qeyd edir ki, ondan həzz almağı bacaran adam bir uzunqulağın anqırtısından da bir ahəng tapmağı bacara bilər 😄
General Yermolov Şahın sarayında qonaq olarkən, belə görünür, İranın ənənəvi yüksək sənət musiqisi – dəstgah haqqında qeyd edir ki, ondan həzz almağı bacaran adam bir uzunqulağın anqırtısından da bir ahəng tapmağı bacara bilər 😄
Burada tərcüməçi "bastard" olaraq tərcümə edib. Türkiyə Türkcəsindəki "pezevenk" sözünün iddia olunan etimoloji mənasıyla bənzərlik təşkil edir, amma hazırkı mənasından fərqlənir. Bəs bizdəki "oğraş" sözü məruz qalmaq mənasına gələn "uğra-"dan törəyib? Bicbaladır hərfi mənası?
Maraqlıdır ki, görkəmli dilçi alim Ahmet Caferoğlu "Türk dilinin təmizliyi uğrunda milli savaşda" Türk Dil Kurumu'na dəstək olmaq üçün 1933-cü ildə Gəncə ləhcəsinə əsaslanaraq hazırladığı
kiçik Osmanlı - Öz Azəri sözlüyündə, 'pezeveng' sözünün qarşılığını 'oğraş' olaraq verib.
Adam prezident olmaq iddiasında deyildi, bunu istəyəcək qədər təvazökar deyildi. Özünü prezidentləri istədikdə vəzifəyə təyin edib, istədikdə də azad edən prezidentüstü məqama layiq görürdü. Son 100 illik tariximizdə, məncə, bu nəhənglikdə siyasi ambisiyaya sahib fiqur olmayıb :)
Rövşən Cavadova tərif biçilsə:
"özünü boz kardinal sanıb meqalomaniyaya qapılan, sonda isə içi boş bir şar olduğunu dərk etsə də, gec olduğundan partladılan, dünya tarixi ərzində müxtəlif cəmiyyətlərdə – Qədim Misirdən tutmuş Rus İmperiyasına qədər mərkəzi hakimiyyətin zəifləməsinə paralel olaraq siyasi boşluğun meydana gəlməsi nəticəsində yaranan dərəbəyinin arxetipi."
Məncə, populyar mədəniyyətlə yüksək mədəniyyət arasında fərq qoymaq lazımdır. Tənqid belə görünür ki, daha çox '45 sonrası pop mədəniyyətinə yönəlib, nəinki Alman yüksək mədəniyyətinə.
@eunaldonmez Özellikle klasik müzikte, senfoni orkestralarında, orkestra şefliğinde, bilimde, felsefede, mekanikte, üniversite eğitiminde, hukukun kültürleşmesinde ve yaya geçitlerinde yayalara yol vermekte, otoyollarda ve tren ulaşımında vasat altındadırlar.
siyasi-teoloji baxımdan da uyğun ruhani mərtəbədə olmadığına görə legitimliyi sual altında olan yeni ali rəhbər, Qızılbaş bəylərinin dəstəyi ilə taxta çıxarılan, gözdən əlil, siyasi baxımdan gücsüz hesab olunan Səfəvi Şahı Məhəmməd Xudabəndə kimi marionet təsiri bağışlayır.
Azərbaycan, Türkmənistan və İran – hər üç qonşu "respublika"da son iqtidar dəyişimi faktiki olaraq irsi şəkildə hakimiyyətin atadan oğula ötürülməsi ilə müşahidə olunub 😁
Ümumiyyətlə, hal-hazırda SEPAH komandanlığındakı generallar daha çox XVI əsrdəki özbaşına Qızılbaş bəylərini xatırladır. Hələ də ictimaiyyət qarşısına çıxmayan, deyilənə görə ayaqlarından zədə alan, SEPAH generallarının dini elita üzərinə təzyiqi və dəstəyi ilə seçilən, ⬇️