🚨 Pakistan mənbəsi: Əraqçi cümə günü İslamabada gedəcək
İran XİN rəhbərinin Asim Münir, Şahbaz Şərif və İshaq Darla regional prosesləri müzakirə edəcəyi bildirilir. Tehran və İslamabad səfərin detalları barədə hələ rəsmi açıqlama verməyib.
🚨 BMT: İran martdan bəri azı 56 nəfəri edam edib
Volker Türk bildirib ki, edam olunanlardan 27-nin işi etirazlarla bağlı olub, daha 100-dən çox şəxs isə ölüm cəzası riski altındadır. O, Tehranı edamları dayandırmağa çağırıb.
🚨Suriya XİN rəhbəri Hakan Fidanla görüşmək üçün Türkiyəyə gedir
Əsəd Həsən əş-Şeybani Ankarada Suriyada sabitlik, terrorla mübarizə, təhlükəsizlik koordinasiyası, iqtisadi əməkdaşlıq və ölkənin yenidən qurulmasını müzakirə edəcək.
🚨 Əl-Ərəbiyyə: Səudiyyə Ərəbistanı husilərlə danışıqlar barədə xəbərləri təkzib edib
Riyad bildirib ki, husilərlə nə birbaşa, nə də vasitəçilər üzərindən heç bir görüş keçirilməyib. Krallıq Yəməndə sülhün yalnız zorakılığın dayandırılması ilə mümkün olduğunu vurğulayıb.
🚨 Maliyyə böhranı İranın neft sektoruna çatıb; Milli Neft Şirkətinin hesabları dondurulub. Sepaha yaxın Fars agentliyi dövlət bankının borca görə hesabları bağladığını yazıb.
🚨 Pakistanın baş naziri və ordu komandanı Səudiyyə Ərəbistanına gedir
Şahbaz Şərif və Asim Münir cümə axşamı Ər-Riyadda regional təhlükəsizlik, gərginliyin azaldılması və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
🚨Pakistanın baş naziri və ordu komandanı Səudiyyə Ərəbistanına gedir
Şahbaz Şərif və Asim Münir cümə axşamı Ər-Riyadda regional təhlükəsizlik, gərginliyin azaldılması və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
🚨Tehran: Omanla razılaşma Hörmüzün dərhal açılması demək deyil
İran mediasına görə, danışıqlar yalnız gəmilərin keçid qaydaları haqqındadır. Tehran boğazın açılmasını ABŞ-ın davranışını dəyişməsinə bağlayır.
🚨Türkiyədə ilk dəfə iki qadın quru və hava qüvvələrində general olub
Özləm Karapınar və Armağan Özəl briqada generalı rütbəsinə yüksəlib. Qərar 30 avqustdan qüvvəyə minəcək. Türkiyənin ilk qadın admiralı isə 2023-cü ildə Gökçen Fırat olmuşdu.
🚨 Pakistan: Tehranla Vaşinqton arasında əlaqə kanalı rolunu oynayırıq
Pakistanın Rusiyadakı səfiri bildirib ki, İslamabad gərginliyi azaltmaq üçün ABŞ və İranla açıq və gizli diplomatik kanallarla təmasdadır, danışıqlara ev sahibliyi etməyə də hazırdır.
🚨Hikmət Hacıyev: Türk dünyasından başqa ailəmiz yoxdur. O bildirib ki, Türkiyədən Azərbaycana gələnlər turist deyil, öz evlərinə və qardaşlarının yanına gəlirlər. “Türk dünyası bizim ailəmizdir.”
🚨 Tramp administrasiyası Çindən məlumat mərkəzi avadanlığı idxalını məhdudlaşdırmağa hazırlaşır
Reuters-in məlumatına görə, yeni qaydalar Çin texnologiyasından asılılığı azaltmağı hədəfləyir və süni intellekt, bulud xidmətləri və qlobal təchizat zəncirinə təsir göstərə bilər.
🚨 Tramp: Əsas zərbə hələ endirilməyib, ümid edirəm buna ehtiyac qalmaz
ABŞ prezidenti İranla danışıqların davam etdiyini, Hörmüzün tezliklə açılacağını bildirib. O, Tehran geri çəkilərsə ağır hücumlarla üzləşəcəyini və nüvə silahı əldə etməyəcəyini deyib.
🚨 Netanyahu: HƏMAS-ın tərksilah planının hazırkı formasını qəbul etməmişik
İsrailin baş naziri bildirib ki, HƏMAS tam tərksilah olunmayınca ordu Qəzzadakı mövqelərindən geri çəkilməyəcək. Bu mövqe davam edən danışıqları çətinləşdirə bilər.
🚨Hindistana məxsus yük gəmisi Yəmən yaxınlığında mərmi zərbəsindən sonra batıb
Hindistanın gəmiçilik naziri bildirib ki, “Faiz Noor Awliya” gəmisindəki 14 nəfərin hamısı Yəmən sahil mühafizəsi tərəfindən xilas edilərək Moha limanına aparılıb.
🚨 Reuters: ABŞ İranla müharibədə uzaqmənzilli dəqiq zərbə raketlərinin demək olar hamısını istifadə edib
Məlumata görə, ATACMS və PrSM ehtiyatları tükənmək üzrədir, “Tomahawk”ların isə yarıya yaxını işlədilib. Ağ Ev sursat çatışmazlığını rədd edir.
📻 “İlmə” proqramının yeni bölüme yayımlandı: Zəngan — Azərbaycanın tarixi ehtişamının paytaxtı
Buraxılışda Zənganın tarixi, coğrafiyası, türk kimliyi və Azərbaycanla köklü bağları araşdırılır.👇👇
https://t.co/H3wUH4oAug
🚨 Husilər Səudiyyə Ərəbistanının Nəcran hava limanına PUA hücumu etdiklərini açıqlayıb. Qrup “həssas obyekti” vurduğunu və hücumun Səudiyyə PUA-larının Yəmən hava məkanındakı uçuşlarına cavab olduğunu bildirib.