30 il əvvəl XX əsrin ən dəhşətli faciələrindən biri-Xocalı soyqırımı törədilib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıda dinc sakinləri amansızcasına qətlə yetiriblər. Soyqırım qurbanlarını dərin hüznlə anır, ruhları qarşısında baş əyirik!
#Xocalı30
30 yanvar Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı günüdür. Bayramınız mübarək, əziz gömrükçülər!
#AzərbaycanGömrüyü30
Ömrünün hər anını xalqının firavan həyatına, dövlətinin inkişafına həsr edən, ölkəmizi regionun lider dövlətinə çevirən, bizə tarixi zəfəri yaşadan #MüzəffərAliBaşKomandan, möhtərəm Prezident! Sizi ad gününüz münasibətilə təbrik edir, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!
Uzaqgörən lider, müzəffər Ali Baş Komandan, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib, müasir, beynəlxalq aləmdə nüfuzu artan, Cənubi Qafqazın güclü dövlətinə çevrilmişdir.