Sevgili həmcinslərim, oğlanlar hər hansısa ictimai nəqliyyatda sizə yer verməyə məcbur deyil, getdiyiniz hər restoranda sizin hesabınızı ödəməli deyil, sizə bahali hədiyyələr almaq məcburiyyətində deyil, sizə görə imkanlı olmaq məcburiyyətində deyil. Onlar yeriyən pul qabı deyil!
Düşünün, qardaşınızın öldüyü ağacın altında taciz olunursunuz, həm də qardaşınızın dostu tərəfindən…
Bu acını unutmaq üçün daş olmaq lazım idi, mən daha betəri ruhsuz oldum…
~”Ulduzları sayan qadın” kitabından
•bəzən fürsətlər bizə nəinki qızıl, heç saxsı qablarda belə verilmir.
Önəmli olan bizim bu fürsətlər üçün nə edəcəyimizdir?!
~”Ulduzları sayan qadın”kitabından
~onsuz da sevgisiz bir ailədə doğulmuşdum, atam qız olduğumu öyrənəndə məni xəstəxanadan çıxarmadı belə…
-düşünsənizə, hələ həyata yeni gəldiyiniz anda artıq tərk edilirsiniz…
~ “Ulduzları sayan qadın” kitabından
Bu gün şahidi oldum ki, tərk edən hər zaman peşman olub geri dönür. Aylar, illər keçsə belə dönür. Tam da siz o insanı silib, sadəcə öz həyatınıza fokuslandığınız zamanda varlığını unutduğunuz insan çıxacaq qarşınıza peşman şəkildə. Həmin tweetləri silsəm də köhnələr bildi.)