Novruz bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, sevinc və firavanlıq arzulayırıq.
Baharın gətirdiyi yenilənmə ruhu hər ocağa ruzi-bərəkət və xoşbəxtlik gətirsin. Birlik və həmrəylik dəyərlərimiz daha da möhkəmlənsin.
Bayramınız mübarək! 🌸
26 Fevral – Xocalı soyqırımından 34 il ötür.
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ramazan ayınız mübarək olsun!🌙
Bu müqəddəs ay ruhunuza sakitlik, qəlbinizə təmizlik, evinizə bərəkət gətirsin.
Allah tutduğunuz orucları, etdiyiniz duaları və bütün xeyirli əməllərinizi qəbul etsin.
Müqəddəs Ramazan ayınız mübarək! 🌙
Mərhəmət və bağışlanma ayı olan Ramazan ayının hər günü qəlblərinizə nur, süfrələrinizə bərəkət, hər kəsə sevinc və əmin-amanlıq gətirsin.
Allah tutduğunuz orucları, etdiyiniz duaları və bütün xeyir əməllərinizi qəbul etsin!
_____________________
Happy Holy Month of Ramadan! 🌙
May each day of this blessed month of mercy and forgiveness bring light to your hearts, abundance to your tables, and joy and peace to everyone.
May Allah accept your fasting, your prayers, and all your good deeds!
Bu gün Azərbaycan Gəncləri Günüdür!
Gənclərimiz Azərbaycanın bu günü və sabahıdır. Onların bilikli və məsuliyyətli yetişməsi ölkəmizin dayanıqlı inkişafının əsas sütunlarından biridir.
Bu əlamətdar gün münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Azərbaycan xalqının müstəqillik, suverenlik və milli azadlıq uğrunda mübarizə tarixində faciəli, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yadda qalan 20 Yanvar faciəsindən 36 il ötür.
20 Yanvar – Ümumxalq Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş bütün şəhidlərimizin xatirəsini dərin minnətdarlıqla yad edirik.
Ruhunuz şad olsun!
#20Yanvar #Unutmadıq #Azərbaycan🇦🇿
36 years have passed since the tragedy of 20 January, which is remembered as a tragic and at the same time heroic page in the history of the struggle of the Azerbaijani people for independence, sovereignty and national freedom.
On 20 January - National Mourning Day, we commemorate with deep gratitude all our martyrs who gave their lives for the independence, sovereignty and territorial integrity of our country.
May their souls rest in peace!
#January20 #WeDidNotForget #Azerbaijan🇦🇿
20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik.
Ruhunuz şad olsun!🇦🇿
#azerbaijan#january20#volunteers
Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq.
Bayramınız mübarək!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il m��nasibətilə “Diplomatiya Könüllüləri” bütün həmvətənlərimizi təbrik edir.
Bayramınız mübarək!🇦🇿🎄@AzerbaijanMFA
#Azerbaijan #NewYear2026 #AzerbaijanMFA
Bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.
“Diplomatiya Könüllüləri” adından cənab Prezidenti səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq.
#İlhamAliyev#DiplomacyVolunteers#Azerbaijan
On 2 December 2025, an introductory meeting was held at the #MFA with volunteers selected for the “Diplomacy Volunteers” Program (2025–2026), attended by MFA Spokesperson Aykhan Hajizada. Volunteers expressed strong interest in contributing through internships at @azerbaijanmfa.
Chovgan, an ancient horse-riding game of #Azerbaijan, which has been recognized on UNESCO’s List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding, is the forerunner of the modern polo.
#Chovgan game is highlighted in #Azerbaijan|i literature, including in Nizami Ganjavi’s “Khosrov and Shirin” poem, as well as “Kitabi Dede Gorgud” epos.
Video by @ExperienceAZE
The voice of Hokuma Aliyeva, who professionally served to the very last minute of the tragic aircraft crash, assuring passengers that "everything will be fine," will not be forgotten.
Today, nationwide day of mourning in remembrance of the tragedy's victims is observed.
Allah rəhmət eləsin!
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbərini ürək ağrısı və kədər hissi ilə qarşıladıq.
Qəza zamanı faciəli şəkildə həlak olan şəxslərin, həmvətənlərimizin ailələrinə dərin hüznlə baş sağlığı verir, onlara Allahdan səbr, yaralananlara isə şəfa arzu edirik.
Allah rəhmət eləsin!