The Official Twitter Account of the Embassy of the Republic of Azerbaijan in Indonesia / Akun Twitter resmi Kedutaan Besar Republik Azerbaijan di Indonesia
🇦🇿 Today, 12 November, Azerbaijan celebrates Constitution Day, commemorating the adoption of the Constitution of the Republic of Azerbaijan in 1995.
Happy Constitution Day! 🇦🇿
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng etmişdir.
Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur.
We are deeply saddened by the shooting in Krakow, Poland, which resulted in loss of lifes and many injuries.
We extend our sincere condolences to the families and loved ones of the victims and wish a speedy recovery to those injured.
Our thoughts are with the people of Poland during this difficult time.
@PolandMFA
Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.
Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik.
#BirMillətİkiDövlət 🇦🇿🇹🇷
Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.
Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.
@TC_Disisleri@MFATurkiye
Üçrəngli bayrağımız xalqımızın azadlıq və müstəqillik ideallarının, milli birliyinin, tarixi irsinin və dövlətçilik ənənələrinin müqəddəs rəmzidir. Bu bayraq, eyni zamanda, xalqımızın keçdiyi şərəfli yolun, milli qürurunun və müstəqil dövlət quruculuğu əzminin təcəssümüdür.
Əminəm ki, dövlətimizin suverenliyinin və xalqımızın milli qürurunun rəmzi olan üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın hər bir guşəsində və beynəlxalq arenada daim yüksəklərdə dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
9 November marks the National Flag Day of the Republic of Azerbaijan, commemorating the adoption of the tricolour flag of the Azerbaijan Democratic Republic in 1918 — a symbol of 🇦🇿 sovereignty, independence, national identity and unity.
#Azerbaijan#9November#NationalFlagDay
6 il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində vətənimizin ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır.
Bu parlaq zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür.
Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik.
Zəfər Günümüz mübarək! 🇦🇿🇦🇿🇦🇿
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay