Azərbaycan nümayəndə heyətinin İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında iştirakına dair mətbuat məlumatı
17-18 oktyabr tarixlərində İraq Respublikasının paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib.
Azərbaycan Respublikasını sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbir zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb.
Tədbir çərçivəsində əsas plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik – iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib.
Çıxışlarda Y. Rəfiyev tərəfindən regionda baş verən hərbi qarşıdurmalar və artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edilib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunulub.
Sessiyanın yekununda siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə Bağdad Bəyannaməsi qəbul edilib.
Sessiyanın Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİNŞ tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin (“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik”) müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin əks olunması olub.
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazılərin bərpası və yenidən qurulması səylərində Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.
Bununla yanaşı, sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib.
Tədbir çərçivəsində Y.Rəfiyev ilə Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə İƏT çərçivəsində bu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.
18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.
Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
Yaşasın müstəqil Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿
¡Enhorabuena a #Azerbaiyán 🇦🇿! 👏 Es un orgullo ver a la agricultora azerbaiyana Gulbaniz Ganbarova entre las primeras «100 Mujeres Heroínas de la #FAO en los Sistemas Agroalimentarios y el Desarrollo Rural».
Su liderazgo da voz a las mujeres rurales y destaca su papel como emprendedoras, productoras de alimentos y protagonistas del desarrollo rural sostenible. #FAOAwards @FAO
Embajador de #Azerbaiyán en #España@RamizHasanov_ recibió el #premio al «Mejor Embajador acreditado en el Reino de España» en la tercera edición de los Premios @RaiaDiplomatica, celebrada en Madrid.
"Este reconocimiento pone de relieve su contribución al fortalecimiento de los lazos diplomáticos, la cooperación internacional y el entendimiento mutuo entre las naciones, así como su labor en favor de las excelentes relaciones entre 🇦🇿🤝🇪🇸"
Congratulations to Ambassador Sultan Hajiyev on his appointment as the new Secretary General of CICA for the 2026–2030 term.
Wishing him every success in this important role and in advancing CICA’s objectives of strengthening dialogue, mutual trust and cooperation across Asia. 🇦🇿
@CicaSecretariat
The successful conclusion of the 7th CICA Summit in Baku, #Azerbaijan 🇦🇿 marks an important milestone in advancing regional dialogue, mutual trust and cooperation across Asia.
Key outcomes:
✅ Adoption of the Baku Declaration and Statement on Occupational Safety and Health;
✅ Lao PDR’s full CICA membership;
✅ Extension of Azerbaijan’s Chairmanship for 2026–2028, in recognition of its effective leadership;
✅ Appointment of Ambassador Sultan Hajiyev as CICA Secretary General for 2026–2030;
✅ Cambodia’s ratification completing the process for the entry into force of the Convention on the Privileges and Immunities of the CICA Secretariat;
✅ Renewed commitment to multilateralism, connectivity, peace and security in Asia.
Azerbaijan remains committed to strengthening CICA as a platform for dialogue, confidence-building and collective action towards a more peaceful and prosperous Asia.
@CicaSecretariat
Entre las antiguas murallas de #Bakú, los colores de las alfombras tradicionales, el aroma del té, la dulzura de las granadas y la belleza de una arquitectura que une #Oriente y #Occidente, #Azerbaiyán guarda un patrimonio cultural tan diverso como fascinante.
🇦🇿 no solo se visita: se siente. ✨
The 7th Summit of the Conference on Interaction and Confidence Building Measures in Asia (CICA) is underway in Baku.
President Ilham Aliyev welcomed the heads of state and government attending the event.
https://t.co/UExyNg8gJV
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir.
Prezident İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
https://t.co/eMPXry168Y