Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Milli Arxiv İdarəsi Xalqımızı Qurban Bayramı münasibətilə təbrik edir. Dua və niyyətlərinizin Ulu Tanrı dərgahında qəbul olunmasını, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayır.
Qurban bayramınız mübarək olsun!
Milli Arxiv İdarəsində “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi işinin təşkili” mövzusunda seminar keçirilib.
#MilliArxivİdarəsi#InsanHüquqlarıAylığı#HumanRightsMonth
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/kH4bIoH5re
Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Üzeyir Hacıbəyliyə həsr olunmuş “Dahi Ustad-140” adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib.
#MilliArxivİdarəsi#InsanHüquqlarıAylığı#HumanRightsMonth
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/PGBdgxu8Tr
Bakı Avrasiya Kollecində 9 Iyun - Beynəlxalq Arxivlər Gününə həsr olunmuş tədbir keçirilib.
#İnsanHüquqlarıAylığı#HumanRightsMonth
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/DZ2E9704fv
Naxçıvan MR Dövlət Arxivinin əməkdaşı R.Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib.
#WUF13Azerbaijan#İnsanHüquqlarıAylığı
⬇️⬇️⬇️⬇️
https://t.co/marZfggxuf
Dövlət Tarix Arxivinin şöbə müdiri Rövşən Həsənlinin “İrəvan və Sərdarabad qalalarının işğalı arxiv sənədlərində” sərlövhəli məqaləsi mətbuatda dərc edilib.
#QərbiAzərbaycan#İnsanHüquqlarıAylığı#HumanRightsMonth
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/KXmkSU7vUF
Dövlət Arxivinin Gəncə və Salyan filiallarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi, o cümlədən Faşizm üzərində Qələbə gününə həsr edilmiş tədbirlər keçirilib.
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/v0vP8Fl5Zp
Özbəkistan Milli Teleradio Şirkətinin nümayəndələri “Mədəniyyət və mərifət” və “Özbəkistan tarixi” televiziya kanalları üçün sənədli filmlərin hazırlanması məqsədilə Azərbaycan Respublikasına səfər çərçivəsində Milli Arxiv İdarəsində olub.
⬇️⬇️⬇️⬇️⬇️
https://t.co/yDCBWxdEU7